“Türk Hava Yolları” ölkədaxili aviareyslərə başlayıb
Ankara, 1 iyun, AZƏRTAC
Türkiyədə yeni növ koronavirusa (COVID-19) qarşı sistemli mübarizə tədbirləri çərçivəsində dayandırılan ölkədaxili aviareyslərin fəaliyyətinin bərpasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, iki aylıq fasilədən sonra ilk reys İstanbul-Ankara istiqamətində həyata keçirilib. Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu bu uçuşun sərnişinləri arasında olub.
İlkin mərhələdə daxili reyslər üzrə təyyarələri İstanbul, Ankara, Antalya, İzmir və Trabzon hava limanları qəbul edir. Yeni qaydalara əsasən, sərnişinlər uçuşdan 3 saat əvvəl hava limanlarında olmalıdırlar. Uçuşdan bir saat əvvəl təyyarəyə minik qapılarının bağlanması nəzərdə tutulur.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [22:52]
Keti Zakariaya Ağ Evin mətbuat katibi vəzifəsi təklif olunub
- 09.10.2026 [22:28]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]