MƏDƏNİYYƏT
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Hulusi Kılıçla görüşüb



Bakı, 20 dekabr, AZƏRTAC
Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Aktotı Raimkulova Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıçla görüşüb.
Fonddan AZƏRTAC-a bildiriblər ki, görüşdə A.Raimkulova Türkiyə Respublikasını quruluşunun 100-cü ildönümünü şərəflə tamamlaması münasibətilə təbrik edib. O, həmçinin cari il ərzində Türk dünyasında təntənəli şəkildə qeyd olunan əlamətdar yubileylər sırasında müasir müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin 100 illiyini vurğulayıb.
Söhbət zamanı Hulusi Kılıç Aktotı Raimkulovanı Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti təyin olunması münasibətilə təbrik edib. O, Fondu Türk dünyasının maddi-mədəni irsinin qorunması və dünyada tanıdılması yönündə önəmli platforma kimi dəyərləndirib.
Sonda tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadilələri aparılıb.