TÜRKDİLLİ DÖVLƏTLƏRİN VƏ TOPLULUQLARIN 10-CUDOSTLUQ, QARDAŞLIQ VƏ ƏMƏKDAŞLIQ QURULTAYIBAŞA ÇATMIŞDIR
Türkiyənin dövlət naziri Bəşir Atalay bu qurultayın türk dünyasının əlaqələrinin daha da möhkəmlənməsində mühüm bir mərhələ olduğunu vurğulamış, ilk dəfə olaraq dövlət strukturları və QHT-lərin birgə platformadan çıxış etdiklərini bildirmişdir.
Qurultayın gedişini işıqlandıran Türkiyə mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin dərin məzmunlu nitqindəki müddəalara geniş yer ayırmış, dövlətimizin başçısının türk dünyasının birliyinə nail olmaq istiqamətindəki müraciətini, erməni lobbisinin Türkiyə və Azərbaycana qarşı çirkin təbliğatına qarşı hücuma keçməyin vaxtı çatması fikirlərini birinci səhifədə dərc etmişdir. Qəzetlər türkdilli dövlətləri və topluluqları Dağlıq Qarabağ probleminin həllində, işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsində daha fəal rol oynamağa çağırmış, Azərbaycan Prezidentinin türk və Azərbaycan diasporları rəhbərlərinin toplantısının keçirilməsi barədə təşəbbüsünü mühüm bir siyasi addım kimi dəyərləndirmişlər.
Qurultayın yekun iclasında çıxış edən Türkiyənin keçmiş Prezidenti Süleyman Dəmirəl, Alparslan Türkeşin qızı Umay Günay Türkeş bu tədbirin əhəmiyyətini vurğulamış, türkdilli dövlətləri daha möhkəm əlaqələr qurmağa çağırmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:30]
Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib
- 16.10.2026 [11:07]
Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb
- 16.10.2026 [10:12]