TÜRKİYƏ 2013-CÜ İLƏDƏK 120 QIRICI TƏYYARƏ ALMAQ NİYYƏTİNDƏDİR
Türkiyə İtaliyanın “Aleniya Aeranautika”, ABŞ-ın “Boinq” və “”Lokhid Martin” şirkətlərinə müraciət edərək, bu firmalardan “Avrofayter Tayfun”, F-16 və F-15, yaxud F-18 qırıcı təyyarələri almaq istədiyini bildirmişdir. Türkiyə Müdafiə Nazirliyi bu sorğuya cavabı 2006-cı il yanvarın 20-dək almalıdır.
“Birgə zərbə qırıcısı” (Cey-Es-Ef) Beynəlxalq layihəsinə alternativ olan layihə çərçivəsində təkliflərin müzakirəsindən sonra müsabiqə elan ediləcəkdir. Dünyada bu nəhəng hərbi layihə beşinci nəsil qırıcı təyyarələr hazırlanmasını və istifadəyə verilməsini nəzərdə tutur. 245 milyard dollar dəyərində layihənin hazırlanması və həyata keçirilməsi ilə ABŞ, Böyük Britaniya, Kanada, Danimarka, İtaliya, Niderland, Norveç və Türkiyə məşğul olurlar. Baş podratçı isə “Lokhid Martin” şirkətidir. Bu şirkət layihənin iştirakçısı olan ölkələrə təxminən 3 min qırıcı təyyarə göndərməlidir. Türkiyə 2010-cu ilədək 100 qırıcı təyyarə alacaqdır.
Hazırda Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) F-16 və çoxtəyinatlı F-4 “Fantom” qırıcı təyyarələrindən istifadə edir. F-16 qırıcı təyyarələrinin istehsalı ilə bağlı layihə 1985-ci ildən həyata keçirilir. Türkiyə HHQ o vaxt bu layihə üzrə 240 qırıcı təyyarə almışdı. Həmin təyyarələri Türkiyənin “Tuşaş Havacılıq” və TAİ şirkətləri dünyanın nəhəng “Boinq” və “Erbas” şirkətləri ilə birlikdə istehsal etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:04]
Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]