Türkiyə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını istəyir
Bakı, 7 aprel, AZƏRTAC
Türkiyə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını vacib sayır.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada rusiyalı həmkarı Sergey Lavrovla görüşünün nəticələrinə əsasən deyib.
“Biz Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması məsələsini müzakirə etdik. Ankara iki ölkə arasında sülh müqaviləsinin tezliklə imzalanmasının tərəfdarıdır. Biz, o cümlədən Rusiya ilə bu məsələ üzrə məsləhətləşmələri davam etdirəcəyik”, - deyə Türkiyə XİN rəhbəri bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]