Türkiyə çempionatının oyunları Yosef Şuralın xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla başlanacaq
Bakı, 30 aprel, AZƏRTAC
Türkiyə çempionatının aprelin 29-dan mayın 6-dək olan dövrdə keçiriləcək oyunları “Alanyaspor” komandasının yol-nəqliyyat hadisəsində həlak olmuş çexiyalı futbolçusu Yosef Şuralın xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla başlayacaq. Bu barədə “gazeta.ru” Türkiyə Futbol Federasiyasına istinadla bildirir.
AZƏRTAC xəbər verir ki, bazar ertəsi “Alanyaspor” klubunun mikroavtobusunun qəzaya uğraması nəticəsində komandanın 7 futbolçusu xəsarət alıb, ciddi yaralanan Şural isə həlak olub.
Komanda Kayseridən Alanyaya Türkiyə çempionatının “Kayserispor”la (1:1) oyunundan sonra qayıdırmış. Qəza Alanyanın mərkəzindən 5 kilometr məsafədə baş verib. İlkin variant kimi, içərisində idmançıların olduğu avtobusun aşması bildirilir.
28 yaşlı Şural Türkiyə klubuna Praqanın “Sparta” komandasından bu ilin yanvarında keçmişdi. Bu müddət ərzində o, komandanın tərkibində keçirdiyi 11 oyunda 1 qol vurub. Çexiya millisinin yığmasında Şural 20 oyunda iştirak edib və 1 dəfə fərqlənib.
30 oyunda 42 xal toplamış “Alanyaspor” Türkiyə çempionatının beşinci pilləsindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]
“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb
- 11.06.2026 [16:28]