Türkiyə kubokunda finalçılar müəyyənləşib
Bakı, 18 mart, AZƏRTAC
Martın 17-də futbol üzrə Türkiyə kubokunun yarımfinal matçında “Antalyaspor” doğma meydanda “Alanyaspor”u qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Antalya təmsilçisinin heyətində qolları 18-ci dəqiqədə Lukas Podolski və 82-ci dəqiqədə Hakan Özmert vurub.
Beləliklə, "Antalyaspor" bu qələbə sayəsində finalda "Beşiktaş"a rəqib olub.
Qeyd edək ki, Türkiyə kubokunda final oyununun yeri və vaxtı hələ açıqlanmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]