Türkiyə mətbuatında Xocalı soyqırımı haqqında məqalələr dərc olunmuşdur
Ankara, 26 fevral (AZƏRTAC). Türkiyə mətbuatında Xocalı soyqırımı haqqında məqalələr dərc olunmuşdur. Nüfuzlu “Zaman” və “Today”s Zaman” qəzetlərində dərc olunmuş Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovun “Xocalı insanlığa qarşı cinayətdir” başlıqlı məqaləsində qeyd olunur ki, Xocalı qətliamı BMT-nin 1948-ci və 1973-cü ildə qəbul etdiyi soyqırımı və irqçiliyin cəzalandırılmasına dair konvensiyalara, digər beynəlxalq hüquq normalarına görə bir soyqırımıdır.
Məqalədə Xocalı soyqırımı haqqında ətraflı məlumat verilir, bu soyqırımın dünyada tanıdılması üzrə səylər və uğurlar qeyd olunur.
“Yeni Çağ” qəzetində Selcan Taşlının “Lal vicdanlı” başlıqlı məqaləsində isə dünyanın aparıcı ölkələrinin və beynəlxalq təşkilatların Xocalı soyqırımına biganə qalması kəskin şəkildə tənqid olunur.
“Milliyet” qəzetində Mərmərə Qrupu Strateji Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suverin “Xocalı qətliamını unutdurmamaq” başlıqlı məqaləsi yer almışdır. Müəllif qondarma “erməni soyqırımı” iddialarından siyasi qazanc əldə etməyə çalışanların Xocalı soyqırımına göz yumduğunu, beynəlxalq təşkilatların da bu qətliama lazımi siyasi qiymət vermədiyini vurğulayır. Azərbaycanın Dağlıq Qarabağ və işğal altında olan digər ərazilərinin azad olunmasına dair BMT-nin dörd qətnaməsinin də yerinə yetirilmədiyi diqqətə çatdırılır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]