Türkiyə millisinin sabiq futbolçusu: “Qarabağ”ın Çempionlar Liqasında etdikləri inanılmazdır - EKSKLÜZIV
Bakı, 8 noyabr, AZƏRTAC
Türkiyə millisinin sabiq futbolçusu Mevlüt Erdinç UEFA Çempionlar Liqasının Liqa mərhələsində uğurla çıxış edən “Qarabağ” komandası haqqında fikirlərini bölüşüb.
Bu barədə AZƏRTAC-a eksklüziv açıqlama verən veteran hücumçu Ağdam təmsilçisinin Avropada layiqli mübarizə apardığını deyib.
O, Azərbaycan çempionunun güclü komanda olduğunu söyləyib: “Qarabağ”ı yaxından izləyirəm. Bu kollektiv xüsusi olaraq diqqətimdədir. Qurban Qurbanovun komandasının Çempionlar Liqasında etdikləri inanılmazdır. Fransada yaşayan türklər olaraq “Qarabağ”la qürur duyuruq”.
Fransada doğulan Mevlüt Erdinç Türkiyə millisinin heyətində 35 oyunda 8 qolla yadda qalıb. O, karyerası ərzində PSJ və “Fənərbağça” kimi tanınmış komandaların heyətində çıxış edib.
Qeyd edək ki, Çempionlar Liqasının əsas mərhələsində 4 turdan sonra 7 xal toplayan “Qarabağ” turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]