Türkiyə Prezidenti Giresunda təbii fəlakət bölgəsində olub
Ankara, 31 avqust, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Giresun vilayətinin Dereli rayonunda yerli əhali ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti rayon bələdiyyəsinin önündə əhalinin qarşısında çıxış edib. Avqustun 22-də bölgədə yağan güclü yağışın səbəb olduğu sel, daşqın və torpaq sürüşməsinin yaratdığı fəlakətli durumdan üzüntülərini ifadə edən Rəcəb Tayyib Ərdoğan deyib ki, itkin düşənlərdən son xəbər alınanadək bölgədə axtarış işləri davam edəcək. Təbii fəlakətdən zərər çəkən bölgədə təmizlik və bərpa işlərinə, eləcə də əhaliyə ciddi dəstək göstərilir.
Qeyd edək ki, Giresunda son əlli ildə ilk dəfə müşahidə olunan yağış yağıb. Hesablamalara görə, bir neçə saat ərzində aylıq normadan təxminən 2,5 dəfə artıq miqdarda yağıntı düşüb. Sözügedən təbii fəlakət bölgəsində 172 nəfər təxliyə olunub, 10 nəfər həyatını itirib. Beş nəfərin axtarışı davam etdirilir. Xilasetmə və bərpa işlərinə çox sayda texnika və canlı qüvvə cəlb olunub. Sabit rabitə və elektrikin kəsildiyi və yolların bağlandığı 118 kəndlə əlaqə və kommunikasiya bərpa olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [14:44]
Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib
- 24.09.2026 [14:20]
“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ
- 24.09.2026 [14:13]
Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb
- 24.09.2026 [14:09]
Ukrayna Prezidenti Nyu-Yorkda NATO-nun Baş katibi ilə görüşüb
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]