Türkiyə Prezidenti Rizədə Rəcəb Tayyib Ərdoğan Universitetinin yeni korpusunun açılışında iştirak edib
Ankara, 12 fevral, AZƏRTAC
Türkiyə Prezidenti Rizə şəhərində yerləşən Rəcəb Tayyib Ərdoğan Universitetinin Mühəndislik və memarlıq fakültəsinin yeni korpusunun açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, açılış mərasimindəki çıxışında Türkiyədə elm və təhsilin inkişafı istiqamətində görülən işlərə geniş yer ayıran dövlət başçısı bütün sahələr üzrə təhsil proqramlarının uğurla davam etdiriləcəyini əminliklə bildirib.
Ədalət və İnkişaf Partiyasının (AKP) siyasi hakimiyyəti dövründə Türkiyədə elm və təhsilin yüksəlişi üçün mühüm əhəmiyyətli strategiyanın gerçəkləşdiyini diqqətə çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu sahəyə yönəldilən çoxistiqamətli sərmayə böyük nəticələr göstərib. Ötən dövrdə dövlət büdcəsində ali məktəblərə ayrılan illik 2,5 milyard vəsait 36 milyarda çatdırılıb. Universitetlərin inkişafına göstərilən dövlət dəstəyi bundan sonra da mühüm istiqamət kimi qorunacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]