TÜRKİYƏ QAQAUZ TÜRKLƏRİNİN YUNAN OLDUQLARINI TƏKZİB ETDİ
Yunanıstan Xarici İşlər Nazirliyinin hesabatında deyilir ki, “türk təbliğatı altında əzilən qaqauzlar türk ləhcəsi ilə danışan xristian ortodoksal xalqdır. Qaqauzlar Bizans dünyası və yunanlarla tarixi bağlarını itirməmişlər”. Hesabatda Avropa İttifaqının yoxsul yaşayan qaqauzlar üçün Afinanın təşəbbüsü ilə yardım fondları təsis etdiyi də göstərilir.
Türkiyə Xarici İşlər Nazirliyi isə bildirmişdir ki, yunanların bu iddiaları tarixi saxtalaşdırmaq cəhdidir. Ankara rəsmiləri qaqauzların bölgədə yaşayan ən qədim türk etnosu olduğunu, Yunanıstanın belə iddialarla Avropa İttifaqına üzvlük yolunda Türkiyəyə əngəl törətməyə çalışdığını vurğulayırlar. Bəyanatın mətni bu sözlərlə bitir: “Bir adama sən yunansan deməklə, o dönüb yunan olmaz”.
Qaqauzlar Qara dənizin şimalında yaşayan, sayı 200 min nəfərə çatan türkdilli xalqdır. Onların əksəriyyəti xristian, bir qismi isə yəhudi dininə etiqad edir. Adı oğuz tayfalarının Gökoğuz boyundan qaynaqlanır. Yunanıstan noyabrın 8-də Türkiyənin Aİ-yə üzv qəbul olunması ilə bağlı hesabata bu məsələnin də salınmasına çalışır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]