“Türkiye” qəzeti: Azərbaycan gənclərinin kosmos arzuları gerçəkləşir
Ankara, 11 aprel, AZƏRTAC
“Türkiye” qəzeti azərbaycanlı şagirdlərin hazırladığı peykin Yer orbitinə qaldırılması layihəsi barədə oxucularını məlumatlandırıb.
AZƏRTAC xəbər verir ki, “Azərbaycanın kosmosda imzası! Yerli peyk SpaceX ilə orbitə çıxarılacaq” sərlövhəli məqalədə Azərbaycanın 41 məktəbindən 750 şagirdin hazırladığı kosmik aparat haqqında ətraflı yer alıb.
“Azərbaycan gənclərinin arzuları gerçəkləşir. “Azərkosmos”un nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyası ilin sonuna qədər məktəblilərin hazırladığı kosmik aparatı orbitə buraxmağı planlaşdırır”, - deyə Türkiyə qəzeti bu təşəbbüsü “Azərbaycanın təhsil və elm tarixində yeni səhifə” adlandırır.
KOSMİK Akademiyasının rəhbəri İmran Muxtarov və akademiyanın layihə rəhbəri Əli Tağıyevin bəyanatları Türk Dövlətləri Təşkilatı səviyyəsində kosmik sektorda əməkdaşlıq planları kontekstində verilir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]