TÜRKİYƏ RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB RƏCƏB TAYYİB ƏRDOĞANA
Əziz dostum, qardaşım,
Türkiyə Respublikasının milli bayramı - Respublika günü münasibətilə Sizə və qardaş Türkiyə xalqına ən səmimi təbriklərimizi və xoş arzularımızı yetirirəm.
Türkiyənin hərtərəfli yüksəlişindən, qarşıya qoyduğu məqsədlərə doğru inamla irəliləyişindən və əldə etdiyi uğurlardan qürur duyuruq.
Xalqlarımızın qarşılıqlı inamı, etimadı və dəstəyi ilə həyata keçirdiyimiz birgə layihələrin ardıcıl şəkildə gerçəkləşməsini və perspektivlərini böyük məmnunluqla qeyd etmək istərdim. Ümidvaram ki, ən böyük sərvətimiz olan dostluq, qardaşlıq münasibətlərimizi bundan sonra da qoruyub saxlayacaq və gələcək nəsillərə ərməğan edəcəyik.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Türkiyə xalqına sülh və çiçəklənmə arzulayıram.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı, 14 oktyabr 2005-ci il.