TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ABDULLAH GÜLƏ
Hörmətli cənab Prezident,
Əziz dostum, qardaşım,
Mardin əyalətində baş vermiş faciəli hadisə nəticəsində çoxsaylı insan tələfatı xəbərindən son dərəcə sarsıldım.
Bu ağır anlarda Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 5 may 2009-cu il.