TÜRKİYƏ RESPUBLİKASININ YARADILMASININ 82-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TAMAŞA
Əvvəlcə, əlamətdar gün münasibətilə tədbir keçirilmişdir. Türkiyənin ölkəmizdəki səfirliyindən, liseylərindən nümayəndələrin, Azərbaycanda fəaliyyət göstərən türk iş adamlarının da qatııldığı tədbirdə teatrın direktoru və bədii rəhbəri İntiqam Soltan və başqaları iştirakçıları təbrik etmiş, Anadolunun düşmən işğalından azad olunmasında Mustafa Kamal Atatürkün çağırışı ilə ayağa qalxan türk xalqının ölüm-dirim mübarizəsindən, qəhrəmanlığından söz açmışlar.
Sonra “Vətən” tamaşası göstərilmişdir. Əməkdar incəsənət xadimi, rejissor Ayşad Məmmədovun quruluş verdiyi tamaşada Azərbaycanın Dövlət bayrağından və himnindən bəhs olunur. Səhnə əsərində bayrağımızın hər rəngini bir aktyor-Namiq Adiloğlu (göy), Zaur Şirməmmədli (qırmızı), Şamil Həşimli (yaşıl) oynamışdır.
İdeyası İntiqam Soltana məxsus olan tamaşanın musiqi tərtibçiləri Firudin Ağayev və Mahir İbrahim Üzeyir Hacıbəyovun “Azərbaycan himni”ndən istifadə etmişlər.
Tamaşa maraqla qarşılanmışdır.