TÜRKİYƏ SEPARATÇI DNESTRYANIDA KEÇİRİLMİŞ “REFERENDUM”U TANIMIR
Türkiyə diplomatik nümayəndəliyinin məlumatında deyilir: “Türkiyə Avropa İttifaqında sədrlik edən tərəfin “referendum” haqqında bəyanatına qoşulmuş və bu bəyanatın yenidən baxılmış variantına daxil olunmasını xahiş etmişdir”.
Dnestryanı bölgədə “referendum” keçirildikdən sonra Avropa İttifaqında sədrlik edən tərəfin bəyanatında deyilir ki, Avropa İttifaqı nə “referendum”u, nə də onun nəticələrini tanımır.
Bəyanatı Avropa İttifaqına daxil olmağa hazırlaşan Bolqarıstan, Rumıniya, Aİ-yə qoşulmağa namizəd ölkələr - Xorvatiya, Makedoniya və potensial namizədlər Albaniya, Bosniya və Herseqovina, Çernoqoriya və Serbiya da dəstəkləmişdir. Sənədi EFTA ölkələri – İslandiya, Lixtenşteyn və Norveç, Avropa İqtisadi məkanı dövlətləri və Ukrayna da bəyənmişdir.
AZƏRTAC-ın xəbər verdiyi kimi, rəsmi Bakı Dnestryanı bölgədə “referendum”u hələ bu siyasi hoqqabazlıqdan əvvəl qeyri-legetim adlandırmış və onu tanımamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:30]
Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib
- 16.10.2026 [11:07]
Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb
- 16.10.2026 [10:12]