Türkiyə Superliqası: "Trabzonspor" səfərdə xal itirib
Bakı, 3 oktyabr, AZƏRTAC
Oktyabrın 2-də futbol üzrə Türkiyə çempionatının dördüncü turunun birinci qarşılaşmasında "Trabzonspor" səfərdə "Qaziantep"in qonağı olub.
AZƏRTAC xəbər verir ki, qarşılıqlı hücum şəraitində keçən görüşdə tərəflər hər biri bir dəfə fərqlənməyi bacarıblar. Trabzon təmsilçisinin qolunu Qaston Qampi vurub. Meydan sahiblərinin heyətində isə Aleksandru Maksim fərqlənib.
Günün digər matçında isə paytaxt təmsilçisi olan "Ankaragücü" doğma meydanda "Kayserispor"a minimal hesabla uduzub.
Turun digər oyunları aşağıdakılardır:
"Yeni Malatyaspor"-"Antalyaspor"
"Ərzurumspor"-"Rizəspor"
"Başakşəhər"-"Göztəpə"
"Fənərbağça"-"Fatih Karagümrük"
"Dənizlispor"-"Konyaspor"
"Alanyaspor"-"Hatayspor"
"Beşiktaş"-"Gənclərbirliyi"
"Kasımpaşa"-"Qalatasaray"
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. Dördüncü turda "Sivasspor" istirahət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]