Türkiyə Superliqası: “Fənərbağça” növbəti qələbəsini qazanıb
Bakı, 7 dekabr, AZƏRTAC
Dekabrın 6-da futbol üzrə Türkiyə çempionatının XI turu çərçivəsində keçirilən qarşılaşmada "Fənərbağça" səfərdə "Dənizlispor"un qonağı olub.
AZƏRTAC xəbər verir ki, gərgin keçən görüşdə qonaqlar rəqibin qapısından iki cavabsız qol keçiriblər. İstanbul təmsilçisinin qollarını Papis Demba Sisse (9) və Gökhan Gönul (40) vurub.
Günün digər matçlarında isə "Fateh Karagümrük" doğma meydanda "Rizəspor"u 2:1 hesabı ilə məğlub edib. "Antalyaspor" isə "Ankaragücü"nü minimal hesabla udub.
Hazırda çempionatın turnir cədvəlinə 23 xalla "Alanyaspor" başçılıq edir. Onunla eyni xala malik olan "Qalatasaray" və "Fənərbağça" klubları müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:07]
Azərbaycan millisinin futbolçusu zədəsinin müalicəsi üçün Madridə yollanıb
- 09.06.2026 [11:59]
Azərbaycanın U-17 yığması Qəbələdə növbəti yoxlama oyununu keçirəcək
- 09.06.2026 [11:32]
NBA: “San-Antonio Spörs” final seriyasında önə keçib
- 09.06.2026 [10:41]