Türkiyə Superliqası: “Fənərbağça” penalti qolu ilə qələbə qazanıb
Bakı, 24 yanvar, AZƏRTAC
Futbol üzrə Türkiyə Superliqasında XXII turun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma olub.
Lider "Fənərbağça" "Başakşəhər"in qonağı olub. Matçın taleyini bir qol həll edib. 90+4-cü dəqiqədə Mişi Batşuayinin penaltidən vurduğu qol qonaqlara vacib qələbə qazandırıb. "Başakşəhər"in heyətində iki futbolçu qırmızı vərəqə alaraq meydandan qovulub.
Günün digər oyunlarında "Ankaragücü" "Fatih Karagümrük"ə 2:0, "Antalyaspor" "Sivasspor"a 2:1 hesabı ilə qalib gəlib, "Qaziantep" - "Konyaspor" görüşü isə heç-heçə başa çatıb - 1:1.
Qeyd edək ki, ilk pillədə qərarlaşan "Fənərbağça"nın 57 xalı var. Liderdən 3 xal az toplayan "Qalatasaray" ikincidir. "Trabzonspor" 37 xalla üçüncü, "Beşiktaş" 36 xalla dördüncü pillədə yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO
- 07.10.2026 [18:06]