Türkiyə və Gürcüstan rəsmiləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər
Tbilisi, 16 may, AZƏRTAC
Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Anri Oxanaşvili ilə görüşüb. Görüşdə Gürcüstan ilə Türkiyə arasında təhlükəsizlik sahəsində mövcud güclü tərəfdaşlıq və bu istiqamətdə strateji əməkdaşlığın dərinləşdirilməsi imkanları müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
Bildirilib ki, görüşdə bölgədə təhlükəsizliklə bağlı mövcud çağırışları və onların həlli yollarına diqqət yetirilib və məsələ ətrafında fikir mübadiləsi aparılıb.
Xətayi Əzizov
AZƏRTYAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:07]
Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib
- 01.10.2026 [20:35]
Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək
- 01.10.2026 [20:15]