Türkiyə voleybol millisi Paris olimpiadasına qələbə ilə başlayıb
Bakı, 29 iyul, AZƏRTAC
Türkiyənin qadınlardan ibarət voleybol millisi “Paris-2024” Yay Olimpiya Oyunlarında ilk görüşünü keçirib.
AZƏRTAC xəbər verir ki, “ay-ulduzlular” C qrupunun I turunda Niderland seçməsi ilə üz-üzə gəliblər. Matç Türkiyə kollektivinin əzmkar qələbəsi ilə başa çatıb - 3:2 (19:25, 19:25, 25:22, 25:22, 15:13).
İlk iki hissə Niderland yığmasının üstünlüyü ilə yekunlaşsa da, qardaş ölkə üçüncü setə daha fəal və istəkli başlayaraq yekunda qalib gəlib.
Milli komanda turun növbəti görüşündə Dominikan Respublikasının voleybolçuları ilə qarşılaşacaq. Oyun avqustun 1-də reallaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO
- 07.10.2026 [18:06]