Türkiyə XİN: Naxçıvan Sazişinin imzalanmasının 16-cı ildönümünü qürurla qeyd edirik
İstanbul, 3 oktyabr, Günel Karatepe, AZƏRTAC
Ortaq dəyərlərimizin və inteqrasiya iradəmizin təzahürü olan Türk Dövlətləri Təşkilatı regionda və onun hüdudlarından kənarda sülhə, rifaha və sabitliyə xidmət göstərməyə davam edəcək.
AZƏRTAC xəbər verir ki, bu ifadələr Türkiyənin Xarici İşlər Nazirliyinin 3 Oktyabr - Türk Dövlətlərinin Əməkdaşlıq Günü münasibətilə açıqlamasında yer alıb.
Açıqlamada deyilir: “3 Oktyabr - Türk Dövlətlərinin Əməkdaşlıq Gününü və Türk Dövlətləri Təşkilatının qurucu sənədi olan Naxçıvan Sazişinin imzalanmasının 16-cı ildönümünü qürurla qeyd edirik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.08.2026 [22:35]
Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib
- 06.08.2026 [13:04]