Türkiyə XİN: Qəzzadan daha yüz nəfərin Türkiyəyə təxliyyəsi nəzərdə tutulur
İstanbul, 19 noyabr, AZƏRTAC
Bu gün Qəzzadan daha yüz nəfərin Türkiyəyə təxliyyəsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bunu mətbuata açıqlamasında Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli söyləyib.
XİN nümayəndəsi deyib: “Vəziyyətdən asılı olaraq, şərtlər dəyişmədiyi təqdirdə Türkiyə vətəndaşları və onların ailə üzvləri olmaqla, daha yüz nəfərin təxliyyəsi planlaşdırılır”.
Noyabrın 18-də Qəzzadan təxliyə edilən 44 nəfər bu gün Türkiyəyə gətiriləcək. Onların arasında türklərlə yanaşı, Şimali Kipr Türk Cümhuriyyəti vətəndaşları və onların ailə üzvləri də var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [23:40]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]