Türkiyədə baş verən zəlzələdə xəsarət alanlar və dağıntı var
Ankara, 20 noyabr, AZƏRTAC
Türkiyənin Ərzurum vilayətinin Körpüköy rayonunda noyabrın 19-da yerli vaxtla saat 15:40-da baş verən 5.1 bal gücündə yeraltı təkan zəif dağıntılara səbəb olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin rəsmi dairələrindən məlumat yayılıb. Bildirilir ki, Fövqəladə Halların İdarəolunması Agentliyinin (AFAD) xilasedici qüvvələri, təcili tibbi yardım maşınları, yanğınsöndürənlər təbii fəlakət bölgəsinə cəlb olunublar.
Yerli vaxtlar 21:00-a olan məlumata görə, zəlzələ nəticəsində iki kənddə tikililərdə uçqun və zədələr qeydə alınıb. Dörd nəfər xəsarət alıb, iki nəfər dağıntılar altından çıxarılıb.
Uçqunlar nəticəsində dağlıq və dağətəyi yollara zərər dəyib. Müvəqqəti bağlanan yollarda nəqliyyatın hərəkəti bərpa olunub.
Qeyd edək ki, ocağı yerin 6,94 kilometr dərinliyində olan zəlzələ ətraf bölgələrdə də hiss olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]