Türkiyədə Ədalət və İnkişaf Partiyasının qurultayı keçirilir
Ankara, 27 avqust (AZƏRTAC). Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının növbəti qurultayı işə başlayıb.Qurultayda AKP-nin sədri, hazırkı Baş nazir Rəcəb Tayyib Ərdoğanın Türkiyə Prezidenti seçilməsi ilə əlaqədar təşkilati məsələyə - xarici işlər naziri Əhməd Davudoğlunun partiyanın sədri və baş nazirliyə namizəd məsələsinə baxılır.
Yeni Azərbaycan Partiyasını təmsil edən nümayəndə heyəti - YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, YAP Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı qurultayda iştirak edirlər.
Ankaradakı “Arena” İdman Kompleksində keçirilən qurultayda 30 minə yaxın partiya üzvü, müxtəlif ölkələrdən dəvət olunmuş qonaqlar, diplomatik korpusun təmsilçiləri iştirak edirlər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:24]
Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO
- 02.10.2026 [19:15]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]