Türkiyədə iki yol-nəqliyyat qəzasında 58 nəfər yaralanıb
Ankara, 17 mart, AZƏRTAC
Martın 16-dan başlayaraq Türkiyədə hava şəraiti kəskin pisləşib. Ölkənin şərq hissəsinin bəzi bölgələrində güclü qar yağıb. Qeyri-sabit hava şəraiti həftə boyu davam edəcək.
AZƏRTAC xəbər verir ki, havaların qəflətən kəskin pisləşməsi ölkədə böyük problemlər yaradıb. Çox sayda yol-nəqliyyat hadisəsi baş verib. Afyonkarahisarda sərnişin avtobusunun aşması nəticəsində 37 sərnişin, Kayseridə isə şirkət mikroavtobusunun qəza törətməsində 21 işçi yaralanıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara