Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı qeyd edilir
Ankara, 23 aprel, AZƏRTAC
Türkiyədə 23 aprel - Milli Suverenlik və Uşaq Bayramı qeyd olunur. 1920-ci il aprelin 23-ü Türkiyənin Birinci Böyük Millət Məclisinin yarandığı və türk xalqının suverenliyini elan etdiyi gündür.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə ölkə parlamentinin sədri Mustafa Şəntopun rəhbərliyi ilə rəsmi heyət Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbri ziyarət ediblər.
Anıtqəbrin önünə əklil qoyulub, dövlət himni səsləndirilib, parlament sədri xatirə kitabına ürək sözlərini yazıb.
Türkiyənin milli təhsil naziri Ziya Səlcukun rəhbərliyi ilə ölkənin təhsil və uşaq təşkilatlarından ibarət heyət də Anıtqəbri ziyarət edib.
Qeyd edək ki, hazırda bütün dünyanı cənginə alan ölümcül yeni növ koronavirusun (COVID-19) yayılmasına qarşı görülən tədbirlərə uyğun olaraq, Milli Suverenlik və Uşaq Bayramı münasibətilə keçirilməli kütləvi yığıncaqlar ləğv edilib. Buna baxmayaraq, küçə və meydanlar bayramsayağı bəzədilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [14:44]
Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib
- 24.09.2026 [14:20]
“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ
- 24.09.2026 [14:13]
Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb
- 24.09.2026 [14:09]
Ukrayna Prezidenti Nyu-Yorkda NATO-nun Baş katibi ilə görüşüb
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]