Türkiyədə nəşr olunan “Caferi yol” jurnalında Xocalı soyqırımından bəhs edən məlumatlar dərc olunmuşdur
İstanbul, 27 mart (AZƏRTAC). Türkiyədə nəşr olunan “Caferi yol” jurnalında Xocalı soyqırımından bəhs edən məlumatlar dərc olunmuşdur.
Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı İstanbulda təşkil olunmuş anma mərasimindən hazırlanmış reportajda Ermənistan tərəfindən törədilmiş hərbi cinayətin səbəb və nəticələrindən bəhs olunmuşdur. Qeyd edilmişdir ki, Xocalı soyqırımının dünya birliyi tərəfindən tanınması və onu törədənlərin ədalət məhkəmələrinə cəlb olunması beynəlxalq hüququn qarşısında dayanan mühüm vəzifələrdəndir.
Azərbaycanın və Türkiyənin rəsmilərinin, millət vəkillərinin anma mərasimində səsləndirdikləri fikirlər, dünya ictimaiyyətinə yönəldilmiş çağırışlar məlumatların sərlövhələrinə çıxarılmışdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın əməkdaşı
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]