Türkiyədə PKK ilə əlaqədə şübhəli bilinən 75 nəfər saxlanılıb
Bakı, 6 oktyabr, AZƏRTAC
Bu gün Türkiyənin təhlükəsizlik qüvvələri PKK ilə əlaqədə şübhəli bilinən 75 nəfəri saxlayıb.
AZƏRTAC xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bu barədə özünün sosial media hesabında yazıb.
“Kahramanlar” əməliyyatı çərçivəsində ölkənin 11 əyalətində PKK qruplaşması ilə əlaqədə şübhəli bilinən 75 nəfər saxlanılıb”, - deyə Ali Yerlikaya bildirib.
Türkiyə ərazisində miqyaslı antiterror əməliyyatları PKK qruplaşmasının Ankarada Daxili İşlər Nazirliyinin binası qarşısında törətdiyi partlayışdan sonra başlayıb.
Qeyd edək ki, Türkiyədə fəaliyyət göstərən PKK terror qruplaşması ilə mübarizə 1987-ci ildən bəri davam edir. Əməliyyatlar həm ölkə daxilində, həm də qonşu İraq və Suriya ərazisində keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [21:17]
Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]