Türkiyədə R&D mərkəzlərinin sayı 1292-yə çatıb
Ankara, 5 mart, AZƏRTAC
Türkiyədə cari ilin əvvəlində tədqiqatlar və inkişaf mərkəzlərinin (R&D) sayı 1292-yə çatıb, daha 328 mərkəz isə rəqabətqabiliyyətli innovativ sənaye məhsullarının istehsalına sanballı töhfə verən layihələrin hazırlanması ilə məşğuldur.
AZƏRTAC xəbər verir ki, Türkiyə hökuməti innovativ layihələrin hazırlanması prosesini stimullaşdırmaq məqsədilə bir sıra mühüm qərarlar qəbul edib, o cümlədən həmin mərkəzlərin vergi yükünü azaldıb, gömrük rüsumlarının bir hissəsini azaldıb və ya tamamilə ləğv edib.
Türkiyədə təkcə ötən il 75 R&D və layihə mərkəzlərinin açılmasına müvafiq lisenziyalar verilib.
Hazırda Türkiyənin R&D mərkəzlərində bilavasitə 80 min 838 nəfər çalışır. Bu strukturlar vasitəsilə 85 min 893 layihə həyata keçirilib, 23 min 680 adda inkişaf patentləşdirilib. Daha 23 min 680 patent müraciəti nəzərdən keçirilir.
Eyni zamanda, xarici investorların elmi-tədqiqat və inkişaf mərkəzlərinə marağı yüksəkdir. Son məlumatlara görə, belə mərkəzlər ən azı xarici kapitallı 229 şirkətdə fəaliyyət göstərir.
Dizayn mərkəzlərinə gəlincə, bu gün onlar Türkiyənin 30 böyük şəhərində fəaliyyət göstərir. İşçilərin ümumi sayı 7 min 889 nəfərdir ki, bu da 11 min 488 layihənin həyata keçirilməsinə və 228 inkişafın patentləşdirilməsinə imkan verib.
Analoji mərkəzlər xarici kapitallı 34 şirkətdə də fəaliyyət göstərir. Həmin mərkəzlərdə 80 min 838 nəfər çalışır. Bu strukturlar vasitəsilə 85 min 893 layihə həyata keçirilib, 23 min 680 adda inkişaf patentləşdirilib. Daha 23 min 680 patent müraciəti nəzərdən keçirilir.
Eyni zamanda, xarici investorların elmi-tədqiqat və inkişaf mərkəzlərinə marağı yüksəkdir. Son məlumatlara görə, belə mərkəzlər ən azı xarici kapitallı 229 şirkətdə fəaliyyət göstərir.
Dizayn mərkəzlərinə gəlincə, bu gün onlar Türkiyənin 30 böyük şəhərində fəaliyyət göstərir. İşçilərin ümumi sayı 7 min 889 nəfərdir ki, bu da 11 min 488 layihənin həyata keçirilməsinə və 228 inkişafın patentləşdirilməsinə imkan verib.
Analoji mərkəzlər xarici kapitallı 34 şirkətdə də fəaliyyət göstərir.