Türkiyədə seçkilərin təhlükəsizliyini güc strukturlarının 600 mindən çox əməkdaşı qoruyacaq
Bakı, 13 mart, AZƏRTAC
Türkiyənin Daxili İşlər Nazirliyi güc strukturlarının 600 mindən çox əməkdaşını mayın 14-də keçiriləcək ümumi seçkilərdə təhlükəsizliyin təmin olunmasına cəlb edəcək.
AZƏRTAC Türkiyə mediasına istinadla xəbər verir ki, nazirlik 326 min əməkdaşını və 200 mindən çox jandarmı səsvermə məntəqələrinin mühafizəsinə yönəldəcək. Həmçinin Sahil Mühafizə Xidməti və digər mühafizə müəssisələri də təhlükəsizliyin təmin olunmasına cəlb ediləcək.
Seçki bülletenlərinin və protokolların Mərkəzi Seçki Komissiyasına çatdırılması zamanı maksimum təhlükəsizlik tədbirləri görüləcək.
Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-nə təyin olunub. Əgər səsvermənin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də prezident seçkilərinin ikinci turu keçiriləcək.
Hazırda seçki yarışında ölkənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan və müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu iştirak edir. Seçkilərə 36 siyasi partiya buraxılıb və onlar da öz namizədini irəli sürə bilər. Seçki kampaniyasına martın 18-də rəsmən start veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]