Türkiyədə təhlükəli terrorçu tutulub
Ankara, 10 aprel, AZƏRTAC
Türkiyənin Muş vilayətinin Varto rayonu ərazisində polisin şübhəli hesab etdiyi avtomobildə Hayri Mava ləqəbli təhlükəli PKK terrorçusu Mahmut Okay tutulub.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, yaralı halda tutulan təhlükəli terrorçu axtarışda olub. Onun tutulması üçün 1 milyon Türkiyə lirəsi (təxminən 150 min ABŞ dolları) ayrılmışdı. Terrorçuya yardım etməkdə şübhəli bilinən başqa bir nəfər də saxlanılıb.
Milli Müdafiə Nazirliyinin məlumatında isə bildirilir ki, İraqın şimalındakı Haftanin bölgəsində daha iki PKK mənsubu məhv edilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]
Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb
- 13.10.2026 [18:37]
ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib
- 13.10.2026 [18:04]
Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir
- 13.10.2026 [17:37]
Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA
- 13.10.2026 [17:14]