Türkiyədə və İraqın şimalında beş terrorçu zərərsizləşdirilib
Ankara, 26 sentyabr, AZƏRTAC
Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalındakı Metina bölgəsində PKK terror təşkilatına daha bir ağır zərbə vurub.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, Metinada dəqiq zərbələrlə 3 nəfər PKK terrorçusu öldürülüb. Ölkə daxilində də antiterror əməliyyatları uğurla davam edir. Daxili İşlər Nazirliyinin məlumatında bildirilir ki, Hakkaridə həyata keçirilən “İldırım-2 Cilo” antiterror əməliyyatı çərçivəsində iki terrorçu məhv edilib.
Tunceli valiliyinin məlumatına görə, bölgədə keçirilən antiterror əməliyyatları nəticəsində terrorçulara məxsus 12 sığınacaqdan silah, sursat, geyim və digər ləvazimatlar götürülüb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]