TÜRKİYƏDƏ ZƏLZƏLƏ
İyunun 9-da yerli vaxtla axşam saat 21 radələrində Türkiyənin Balıqəsir vilayətində zəlzələ baş vermişdir. İstanbuldakı Boğaziçi Universitetinin Kandilli Seysmologiya mərkəzinin məlumatına görə, episentrdə - Bandırma rayonunda zəlzələnin gücü Rixter cədvəli üzrə 5,1 bal olmuşdur. Yeraltı təkanlar İstanbul, Çanaqqala, Təkirdağ və Bursa vilayətlərində də hiss edilmişdir. Zəlzələ Bandırma əhalisi arasında təlaş yaratmışdır. Adamlar evlərini tərk edərək, gecəni küçələrdə, parklarda və meydanlarda keçirmişlər. Bandırma icra hakimiyyəti başçısı İsmayıl Gürsoy zəlzələ nəticəsində elektrik və rabitə xidmətlərində bəzi çətinliklərin yarandığını, dağıntıların və tələfatın olmadığını bildirmişdir.