REGİONLAR
Türkiyədən olan bir qrup şəhid ailəsi Tərtər rayonuna səfər edib





Tərtər, 13 yanvar, AZƏRTAC
Türkiyənin Bursa şəhərindən olan bir qrup şəhid ailəsi Tərtər rayonuna səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlar Dövlət Rəmzləri Muzeyində olublar, 44 günlük Vətən müharibəsində erməni separatçıları tərəfindən atılan “Smerç” raketi nəticəsində dağıdılmış, açıq havada fəaliyyət göstərən ev muzeyinə, Tərtərə atılan qadağan olunmuş raketlərin qalıqlarına, rayonun infrastrukturuna dəymiş ziyanı əks etdirən fotostendlərə baxış keçiriblər.
Şəhid ailələrinə hədiyyə olaraq Azərbaycan kəlağayısı və Xarıbülbül döş nişanı təqdim edilib.
Qonaqlar sonra Şıxarx qəsəbəsi ərazisində şəhidlərin xatirəsinə salınmış “Vətən bağında” ağac əkiblər.