Türkiyəli alim Ədəbiyyat Muzeyini ziyarət edib
Bakı, 5 yanvar, AZƏRTAC
Tanınmış türk alimi Mustafa Mələk Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat Muzeyindən bildirilib.
Muzeyin Məktəblərlə və ictimaiyyətlə iş şöbəsinin kiçik elmi işçisi Nəzrin Yusifova alimi muzeyin ekspozisiyası ilə tanış edib, ona ətraflı məlumat verib.
Mustafa Mələk muzeyin “Rəylər” kitabında öz təəssüratlarını qeyd edib: “Bu gün Azərbaycan Ədəbiyyatı Muzeyini gəzməkdən böyük zövq aldım. Bu muzey ədəbiyyatyönlü olsa da, daha artıq bilik və əsəri özündə ehtiva edir. Türkiyənin də daxil olduğu bu coğrafiyada yaşanmış ortaq hekayələri kəşf etmək imkanım oldu.
Məncə, muzeyin ədəbiyyat və mədəniyyət muzeyi adlandırılması daha faydalı ola bilər, çünki muzey ədəbiyyatdan kənar mövzuları da əhatə edir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [13:22]
Dövlət qulluğunda daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib
- 10.06.2026 [11:38]
Tələbələr Polimer Materialları İnstitutunda təcrübə keçirlər
- 10.06.2026 [11:27]
Azərbaycan və Çin arasında elmi əməkdaşlıq əlaqələri genişləndirilir
- 10.06.2026 [10:51]