Türkiyəli astronavtın da yer aldığı missiyanın Yerə qayıdışı təxirə salınıb
Bakı, 3 fevral, AZƏRTAC
Aralarında Türkiyənin ilk astronavtı Alper Gezeravcının da olduğu “Axiom-3” missiyasının Yer kürəsinə qayıdışı fevralın 5-nə təxirə salınıb.
AZƏRTAC xəbər verir ki, SpaceX kompaniyası bu barədə özünün sosial media hesabında məlumat yayıb.
Məlumatda qayıdışın başqa vaxta keçirilməsinin Florida sahillərində yaranan əlverişsiz hava şəraiti ilə bağlı olduğu bildirilir.
Qeyd edək ki, 2023-cü il sentyabrın 12-də NASA və “Axiom Space” Alper Gezeravcı da daxil olmaqla “SpaceX AX-3” kommersiya missiyasının ekipajının formalaşdırıldığını elan edib. 2024-cü il yanvarın 18-də türkiyəli astronavt missiyanın mütəxəssisi qismində “Crew Dragon” kosmik gəmisi ilə Beynəlxalq Kosmik Stansiyaya uçub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [14:44]
Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib
- 24.09.2026 [14:20]
“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ
- 24.09.2026 [14:13]
Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb
- 24.09.2026 [14:09]
Ukrayna Prezidenti Nyu-Yorkda NATO-nun Baş katibi ilə görüşüb
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]