Türkiyəli nazir: Azərbaycanın “Expo-2025” sərgisinə ev sahibliyi etmək üçün böyük potensialı var
İstanbul, 7 dekabr, AZƏRTAC
Türkiyə Azərbaycanın “Expo-2025” sərgisinə ev sahibliyi etməsində maraqlıdır və mümkün olan bütün dəstəyi verməyə hazırdır.
Bu fikri AZƏRTAC-ın xüsusi müxbirinə açıqlamasında Türkiyənin iqtisadiyyat naziri Nihad Zeybekçi bildirib.
Nazir Azərbaycanın Antalyada keçirilmiş “Expo-2016” və Astanadakı “Expo-2017” sərgilərində uğurla təmsil olunduğunu vurğulayıb. O, əminliklə bildirib ki, Azərbaycan “Expo-2025” ilə bağlı iddiasını gerçəkləşdirmək üçün böyük potensiala malikdir. Azərbaycanın bu iddiasını dəstəkləyənlər çox olacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:16]
Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
- 07.10.2026 [14:06]