Türkiyənin 16 vilayətində keçirilən antiterror əməliyyatlarında onlarla şəxs saxlanılıb
Ankara, 13 iyun, AZƏRTAC
Türkiyə hüquq-mühafizə orqanlarının keçirdiyi “Bozdoğan” antiterror əməliyyatının növbəti mərhələsi bu ölkənin 16 vilayətini əhatə edib. AZƏRTAC bu barədə qardaş ölkənin daxili işlər naziri Ali Yerlikayanın iyunun 13-də sosial şəbəkələrdəki paylaşımına istinadla xəbər verir.
Nazirin verdiyi məlumata görə, “Bozdoğan” antiterror əməliyyatının 42-ci mərhələsi çərçivəsində terror təşkilatları ilə əlaqədə şübhəli bilinən 58 nəfər saxlanılıb.
Antiterror əməliyyatı İstanbul, Ankara, İzmir və Qaziantep kimi böyük şəhərlərdə də keçirilib.
Axtarışlar zamanı odlu silahlar və fəaliyyəti qadağan olunmuş təşkilatların təbliğat materialları da aşkar edilərək götürülüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarına cinayətkarlıqla mübarizədə göstərdikləri səylərə görə təşəkkür edən Türkiyə DİN-in rəhbəri deyib: “Terrorizmlə mübarizə Türkiyədə bu bəlanın kökünün tamamilə kəsilməsinə qədər davam edəcəkdir”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:09]
Tramp və Zelenski Parisdə görüşüblər
- 16.06.2026 [15:04]
Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]