TÜRKİYƏNİN 22 VİLAYƏTİNDƏ QUŞ QRİPİ QEYDƏ ALIINMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyənin quş qripi qeydə alınmış vilayətlərinin sayı 22-yə çatmışdır. Ankara və İstanbul da daxil olmaqla, bu vilayətlərin hamısında karantin bölgələri elan edilmişdir və fərdi təsərrüfatlarda saxlanılan quşlar məhv olunur. İndiyədək 306 min quşun məhv edildiyi bu bölgələrdə müvafiq profilaktik tədbirlər həyata keçirilir. Türkiyə hökumətinin bu sahədəki fəaliyyəti Avropa Komissiyası və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən yüksək qiymətləndirilmişdir. Dünya Səhiyyə Təşkilatının Avropa Departamentinin rəhbəri Mark Danzon isə Türkiyəyə gələn turistlər üçün heç bir təhlükənin olmadığını bəyan etmişdir.
Xəstəliyə tutulmuş insanlara gəldikdə isə, onların sayı 17-yə çatmışdır. Onlardan 6-sı Ankara, 5-i Van, qalanları isə Samsun və Sivas xəstəxanalarında müalicə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [16:44]
Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb
- 08.10.2026 [16:36]
BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub
- 08.10.2026 [16:30]
Mərakeşdə Fəs Sufi Mədəniyyəti Festivalı təşkil olunacaq
- 08.10.2026 [15:31]
Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir
- 08.10.2026 [15:06]
Rusiya ordusu Kramatorskda avtobusu vurub: 33 nəfər həlak olub
- 08.10.2026 [15:01]