Türkiyənin 30 vilayətində terrorçularla əlaqədə şübhəli bilinən onlarla şəxs saxlanılıb
Ankara, 3 oktyabr, AZƏRTAC
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “Paralel dövlət” (FETÖ) terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 91 nəfərin həbs edildiyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, daxili işlər naziri sosial şəbəkədə FETÖ ilə əlaqəsi olan şəxslərin saxlanılması əməliyyatlarının son iki həftə ərzində aparıldığını və ölkənin 30 vilayətini əhatə etdiyini açıqlayıb.
Nazirin sözlərinə görə, saxlanılan şəxslərdən 64-ü terror təşkilatına qoşulmaq, cinayətkar təşkilatları maliyyələşdirmək, sosial şəbəkələrdə qadağan olunmuş ideologiyanı təbliğ etmək ittihamı ilə məhkəmə qərarı ilə həbs edilib.
A.Yerlikaya hüquq-mühafizə orqanları əməkdaşlarının əməliyyatlarını əlaqələndirdiyinə görə prokurorluğa minnətdarlığını bildirib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]