TÜRKİYƏNİN AVROPA BİRLİYİNƏ DAXİL OLMASI SABİTLİK VƏ SÜLH ƏRAZİSİNİ GENİŞLƏNDİRƏ BİLƏR
O, Moskvada mətbuat konfransında bildirmişdir ki, Avropa Birliyinin genişləndirilməsi sabitlik və sülh zonasının genişləndirilməsi deməkdir və bu mənada Türkiyənin və Xorvatiyanın AB-yə qoşulması eyni səmərə verə bilər. T.Frellesen vurğulamışdır ki, AB-ni genişləndirməyin bütün əvvəlki təcrübələri bu prosesin çox vacib olduğunu göstərmişdir. Hazırda danışıqların nə vaxt başa çatacağını söyləmək çətindir. Lakin böyük dövlətlərə nisbətən kiçik ölkələrə bu təşkilata daxil olmaq daha asandır.
Türkiyənin Rusiyadakı səfiri Qurtuluş Daşkənd isə demişdir ki, qarşılıqlı mənafelər nəzərə alınaraq, danışıqlar Türkiyənin Avropa Birliyinə tamhüquqlu üzvlüyü ilə başa çatacaqdır.