TÜRKİYƏNİN BAYBURT ŞƏHƏRİNDƏ XII BEYNƏLXALQ DƏDƏ QORQUD FESTİVALI BAŞLAMIŞDIR
Azərbaycanın mədəniyyət və incəsənət xadimlərindən ibarət nümayəndə heyətinin də dəvət olunduğu festival iştirakçıları ilk olaraq, Bayburtun Masat kəndindəki Dədə Qorqud türbəsini ziyarət etmişlər. Sonra şəhərin Cümhuriyyət meydanında böyük Atatürkün abidəsi önünə əklil və gül dəstələri qoyulmuş, burada festivalın rəsmi açılış mərasimi keçirilmişdir.
Mərasimdə çıxış edən Bayburt bələdiyyəsinin rəhbərliyi və folklorşünaslar türkdilli ölkələrdən gəlmiş nümayəndə heyətlərini salamlamış və türk dünyasının ortaq mənəvi sərvəti olan Dədə Qorqud irsinin təbliği baxımından bu cür tədbirlərin əhəmiyyətindən bəhs etmişlər.
Festival çərçivəsində konsertlər, şeir müsabiqələri, aşıq deyişmələri, Dədə Qorqud irsinə həsr olunmuş simpozium, rəsm sərgisi keçiriləcək, incəsənət ustaları Bayburtun məhəllələrində çıxış edəcəklər. Xəzər Universitetinin mahnı və rəqs ansamblı da bu konsertlərdə iştirak edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [12:05]
İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO
- 15.10.2026 [09:30]
“Mən "qospodin Vekilov" yox, Səməd Vurğunam”... - bir mübarizənin tarixçəsi
- 14.10.2026 [22:48]
Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir
- 14.10.2026 [22:42]
Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub
- 14.10.2026 [21:38]
Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?
- 14.10.2026 [20:39]
Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi
- 14.10.2026 [20:33]