Azərbaycan Dövlət İnformasiya Agentliyi

TÜRKİYƏNİN ENERGETİKA VƏ TƏBİİ EHTİYATLAR NAZİRİ MEHMET HİLMİ GÜLƏRİN ÇIXIŞI

- Çox hörmətli Prezident İlham Əliyev!

Hörmətli nazirlər, Milli Məclisin deputatları!

Hörmətli səfirlər, diplomatlar!

Dəyərli qonaqlar və mətbuat nümayəndələri!

Hamınızı hörmət və ehtiramla salamlayıram, başda Azərbaycan xalqı olmaqla hamınıza Türkiyədən salam və sevgilər gətirmişəm.

Artıq Bakıda 11-ci dəfədir keçirilən və ənənə şəklini alan bu sərgi və konfransın neft sektoruna və Azərbaycana xeyirli olmasını diləyirəm. Mən çıxışımın əvvəlində çox hörmətli Heydər Əliyevi anaraq, sözlərimə onun xidmətlərini yad etməklə başlayıram. Çünki o, başda Bakı-Tbilisi-Ceyhan layihəsi olmaqla, bütün layihələrin, Azərbaycanda həyata keçirilən layihələrin memarıdır və öndəridir. Onu bir daha burada hörmətlə yad edirik. Türkiyə olaraq, biz hər an onu könüldən yad etmək üçün Ceyhan terminalına, hörmətli İlham Əliyevin də dediyi kimi, Heydər Əliyevin adını verdik. İnşallah, bundan sonra Prezident İlham Əliyevin gözəl çalışmaları hamımızı məmnun edəcəkdir.

Mən bölgəmiz barədə danışmaq istəyirəm. Çünki bu, dünyanın neft və qaz baxımından ən önəmli bölgəsidir. Neftin 65 faizinin, təbii qazın isə 40 faizinin olduğu bir bölgədə yaşayırıq. Bu bölgə istehsal və istehlakçıların qovuşduğu bir sərhəddir. Burada Azərbaycan və Türkiyə çox önəmli yer tuturlar və enerji dəhlizinin başında dayanmışlar. Bu baxımdan indi burada enerji daşıyıcılarının əhəmiyyəti barədə əlavə danışmağa lüzum yoxdur. Ancaq onu xüsusi demək kifayətdir ki, gələcək 20 il içində dünyada enerji daşıyıcılarına tələbatın 50 faiz çoxalacağını nəzərə alsaq, bu bölgənin əhəmiyyətinin daha da artacağını söyləyə bilərik.

Hazırda belə bir vəziyyətdə layihələrin inkişafına və icrasının gedişinə nəzər salmaq lazımdır. Qərblə Şərq arasındakı bu enerji dəhlizində Türkiyə və Azərbaycanın çox önəmli yeri vardır. Qərbin, Avropa Birliyinin istədiyi təbii qaz Türkiyədən keçəcəkdir. Bu işdə ən çox önəm verdiyimiz “Şahdəniz” layihəsidir. Azərbaycan qazının mütləq Qərb bazarlarına nəqli lazımdır.

Biz Yunanıstanla qazın alınıb, satılması barədə anlaşma imzalamışıq. İndi görüləcək tək bircə iş 220 kilometrlik bir boru xəttinin bərpasıdır ki, buna başlayacaq və 2006-cı ildə biz Yunanıstana qaz sata biləcəyik. Bu qazın Yunanıstanla İtaliyaya gedən bir xətt, ikincisi də Bolqarıstandan keçərək, Rumıniya və Macarıstan üzərindən Avstriyaya gedən bir xətt vasitəsilə ötürülməsi nəzərdə tutulur. Bu iki layihə son dərəcə önəmlidir. Qaz məsələsində dörd ölkə yarışır. Bunlar İran, Misir, İraq və çox önəm verdiyimiz Azərbaycandır. Biz “Şahdəniz” layihəsinə çox böyük əhəmiyyət veririk. Bunun da gerçəkləşməsi üçün bütün səylərimizlə çalışmışıq. İnşallah, bunu tam zamanında, bir gün də gecikmədən gerçəkləşdirəcəyik. Bu işdə çox qərarlıyıq.

Bununla yanaşı, Bakı-Tbilisi-Ceyhan layihəsi də tam zamanında başa çatdırılacaqdır. Bu layihə ilk vaxtlar ən çox müzakirə olunan məsələ idi. Amma, indi artıq geriyə dönməsi imkansız olan bir nöqtəyə gəlmişdir və çox gərgin fəaliyyətlə zamanında tamamlanacaqdır.

Bu, əslində, texniki layihə, sadəcə, neft layihəsi deyildir. Bu, dostluq, qardaşlıq, sülh və sabitlik layihəsidir. Bölgəyə çox şey gətirəcəkdir. Bölgəyə neftdən əlavə, zənginlik, sabitlik gətirəcəkdir. Bu baxımdan son dərəcə önəmlidir. Eyni zamanda, bu, bizə boğaz problemi də yaratmayacaqdır. Bu bölgənin nefti Ceyhana gələcək və oradan da istehlakçılara göndəriləcəkdir.

Təbii, ən böyük arzumuz bu layihəyə Qazaxıstanın qoşulmasıdır. Yəni, Bakı-Tbilisi-Ceyhanın artıq Aktau-Bakı-Tbilisi-Ceyhan olmasını istəyirik. İnanırıq ki, bu da gerçəkləşəcək, Qazaxıstanın təkcə nefti deyil, təbii qazı da bu prosesə qoşulacaqdır. Hazırda Rusiya ilə, İranla gözəl əlaqələrimiz vardır. Bölgədəki digər ölkələrlə də olduqca yaxşı əlaqələrimiz mövcuddur. Qazaxıstan layihəyə qoşulduqdan sonra bu bölgə sabitliyə qovuşacaq, zəngin, xoşbəxt bir bölgə olacaqdır. Bunu xüsusilə arzu edirik.

Biz digər layihələrə də xüsusi önəm veririk. Bütün bunları göz önünə aldığımız zaman layihələrin tam zamanında gerçəkləşməsi lazımdır və bu, baş tutacaqdır. Bizim hörmətli Baş nazirimiz Rəcəb Tayyib Ərdoğan da buna nəzarət edir, ona hər həftə işin gedişi barədə məruzə edirik.

Üç gün bundan öncə Londonda lord Braunla, BTC-nin təmsilçiləri ilə toplantı keçirdik. Onlar işlərin irəliləməsi münasibətilə bir neçə dəfə təşəkkürlərini bildirdilər. Deyirlər ki, bütün dünyanın gözü bu layihədədir, ona görə də bunu mütləq vaxtında başa çatdırmaq lazımdır. Biz bütün bunları nəzərə alaraq, əlimizdən gələni edəcəyik ki, layihə zamanında başa çatsın.

Yeri gəlmişkən, mən bir məsələni də demək istəyirəm. Son dərəcə gözəl inkişaf edən Azərbaycanda və Bakıdakı nailiyyətləri görmək bizi sevindirir. Mən belə gözəl tədbirdə dostlarımızla bir yerdə olmaqdan, xüsusilə Prezident İlham Əliyevlə bir tədbirdə iştirak etməkdən şərəf duyduğumu bir daha diqqətinizə çatdırır, hamınıza dərin hörmət və ehtiramımı bildirirəm.

X X X

Sonra Rusiya xarici işlər nazirinin müavini Viktor Kalyujnı çıxış etdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH