Türkiyənin Gəncədəki Baş konsulunun diplomatik fəaliyyət müddəti başa çatıb
Gəncə, 19 dekabr, Elcan Məmmədov, AZƏRTAC
Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürkün Gəncə şəhərində diplomatik fəaliyyət müddəti başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bununla əlaqədar keçirilən görüşdə Zəki Öztürkün diplomatik fəaliyyəti dövründə Gəncə şəhəri üçün göstərdiyi xidmətlərdən danışılıb.
Zəki Öztürk, öz növbəsində, Gəncədən xoş təəssüratlarla ayrıldığını vurğulayıb. Azərbaycan ilə Türkiyə arasında bütün sahələr üzrə əməkdaşlığın bundan sonra da uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edən konsul bu baxımdan qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsinin böyük önəm daşıdığını söyləyib.
Tədbirdə iştirak edən rəsmilər Zəki Öztürkün Gəncə şəhərindəki diplomatik fəaliyyətindən bəhs edib və konsula gələcək işlərində uğurlar diləyiblər.
Daha sonra Zəki Öztürkə “Təşəkkürnamə” təqdim olunub.