Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib YENİLƏNİB - 7 VİDEO

Kahramanmaraş, 19 iyun, AZƏRTAC

İyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər.

Mərasimdə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirildi.

Sonra “Azərbaycan” məhəlləsinə həsr edilmiş videoçarx nümayiş etdirildi.

Azərbaycan Respublikasının Prezidenti tədbirdə çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

-Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan.

Sayın tədbir iştirakçıları, əziz kahramanmaraşlılar.

İlk növbədə sizə Azərbaycan xalqının ən səmimi salamlarını çatdırıram. 2023-cü il fevralın 6-dakı dəhşətli zəlzələ nəticəsində həlak olmuş, həyatını itirmiş bütün bacı-qardaşlarımıza Allahdan bir daha rəhmət diləyirəm.

Azərbaycan xalqı bu faciəni öz faciəsi kimi qəbul etdi. İlk gündən on minlərlə azərbaycanlı Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində insani yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq borcunu yerinə yetirməyə başlamışdır. Zəlzələdən dərhal sonra əziz qardaşımın, hörmətli Cümhurbaşqanının liderliyi ilə axtarış-xilasetmə işləri başlamış, ondan sonra yenidənqurma və inşaat işlərinə start verilmişdir. Qısa müddət ərzində on minlərlə insan yeni mənzillərlə təmin edildi. Bu, bir daha Rəcəb Tayyib Ərdoğanın öz xalqına bağlılığını, sevgisini və güclü iradəsini göstərən amildir. Eyni zamanda, bu, güclü Türkiyənin təzahürüdür. Çünki ancaq güclü dövlət qısa müddətdə bu qədər böyük yenidənqurma və inşaat işləri görə bilər.

Azərbaycan dərhal mindən çox heyəti, o cümlədən axtarış-xilasetmə üzvlərini, könüllüləri, həkimləri Türkiyənin zəlzələ bölgələrinə göndərmiş və dərhal işə başlamışdır. Azərbaycan heyətləri tərəfindən 53 insan dağıntılar altından sağ çıxarılmış, bizim qurduğumuz iki səhra hospitalında 3200 insana Azərbaycan həkimləri tibbi yardım göstərmişdir.

Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub və bu gün “Azərbaycan” məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür.

Qarabağ məsələsində də qeyd etdiyiniz kimi, biz əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla savaşın ilk günündən çiyin-çiyinə, bir yerdə idik. Savaşın ilk saatlarında Türkiyə Cümhurbaşqanının bizə göstərdiyi dəstək, həmrəylik, siyasi dəstək, mənəvi dəstək, Türkiyə xalqının bizimlə bərabər olması bizim gücümüzə güc qatıb. Biz tarixi ədaləti bərpa etdik və bu gün Azərbaycan xalqı öz əzəli torpağında rahat və təhlükəsizlik şəraitində yaşayır.

“Azərbaycan” məhəlləsinin yaradılması da çox gözəl hadisədir, burada 90-dan çox bina inşa edilib, 1200 mənzildə bizim türkiyəli bacı-qardaşlarımız yaşayacaq. Məktəb, uşaq bağçası var, mədəniyyət mərkəzinin inşası da nəzərdə tutulur. Biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq, bir-birimizin gücünü artırırıq. Bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya miqyasında önəmli amildir, təhlükəsizlik, işbirliyi, inkişaf və qardaşlıq rəmzidir.

Dörd il bundan öncə hörmətli Cümhurbaşqanı ilə Şuşa şəhərində imzaladığımız Şuşa Bəyannaməsi bizim əlaqələrimizi ən yüksək zirvəyə qaldırmışdır. Şuşa Bəyannaməsi bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır. Biz dostuq, qardaşıq, müttəfiqik. Türkiyə və Azərbaycan - iki qardaş ölkə həm siyasi, həm iqtisadi, həm enerji, nəqliyyat, hərbi və bütün başqa sahələrdə bir-birinin yanında inamla, uğurla irəliləyir.

Bu gün ilk dəfə olaraq bu gözəl diyarı ziyarət edirəm. Mən Türkiyənin bir çox yerində olmuşam. Gözəl Türkiyənin gözəl təbiətini görmüşəm. Burada da, qədim türk torpağı Kahramanmaraşda olmağımdan da çox məmnunam. Kahramanmaraşlılar dəhşətli zəlzələ ilə üz-üzə qalaraq öz iradələrini göstərdilər, sınmadılar, əyilmədilər. Bilirdilər və inanırdılar ki, onların arxasında güclü lider Rəcəb Tayyib Ərdoğan dayanır. Onların arxasında güclü Türkiyə dayanır. Bu, təbii ki, bir daha kahramanmaraşlıların nə qədər öz doğma xalqına, liderinə, dövlətinə bağlı olmasını göstərir.

Zəlzələ bölgələrində yaşayan bütün insanlara Azərbaycan xalqının hörmətini, sevgisini ifadə edirəm. Siz bilirsiniz və bilməlisiniz ki, Azərbaycanda sizin 10 milyon bacı-qardaşlarınız var. Azərbaycanlılar da bilirlər ki, Türkiyədə 80 milyondan çox bacı-qardaşlarımız var.

Yaşasın Türkiyə! Yaşasın Türkiyə-Azərbaycan birliyi, qardaşlığı!

x x x

Sonra Türkiyə Respublikasının Prezidenti çıxış etdi.

Prezident Rəcəb Tayyib Ərdoğanın
çıxışı

-Əziz qardaşım, cənab Prezident İlham Əliyev.

Hörmətli qonaqlar, əziz kahramanmaraşlılar.

Digər əyalətlərimizdəki hörmətli qardaşlarım.

Sizi ən səmimi duyğularımla, həsrətlə, sevgi ilə salamlayıram.

Buradan sizin vasitənizlə məhəllələri, rayonları və evləri ilə bütün Maraşa salamlarımı, ehtiramımı göndərirəm. Eyni qaydada, canlı bağlantı ilə hazırda bizi izləyən vətəndaşlarımı da Maraşdan hörmətlə salamlayıram. Açılışını etdiyimiz “Azərbaycan” məhəlləsinə töhfə verən Can Azərbaycandakı on milyon bacı-qardaşlarımızı hörmətli dostum, qardaşım Prezident İlham Əliyevin şəxsində ürəkdən salamlayıram.

Sizin qarşınızda İlham qardaşıma və hörmətli heyətinə ikinci evləri olan Türkiyəyə "Xoş gəldiniz!" deyirəm. Belə mənalı və bizim üçün əlamətdar bir mərasimlə əlaqədar onları Maraşda qəbul etməkdən məmnunluq duyuruq.

Bəli, bu gün burada "Bir millət, iki dövlət" şüarının həyata keçməsinə bir daha şahidlik edirik. Çünki biz eyni bayrağın kölgəsində dua edən, eyni səccadədə göz yaşı tökən, eyni istiqlal üçün qurban verən bir millətin, iki dövlətin tək ürək daşıyan övladlarıyıq. "Ayrılarmı könül candan, Türkiyə Azərbaycandan", - deyən şairlərin sözlərə hərfbəhərf nəqş etdiyi qardaşlığımızın nə məna daşıdığını bu gün bütün dünyaya yenidən göstəririk. Rəbbim aramızdakı bu sarsılmaz həmrəyliyi, bu məhəbbəti daimi etsin.

İlham qardaşıma və heyətinə kahramanmaraşlılar adından təşəkkür edirəm. Burada, ilk növbədə, bunu vurğulamaq istəyirəm: Türkiyə ilə Azərbaycan arasındakı tale birliyinin ən konkret nümunələrindən biri açılışını etdiyimiz mənzillərdir. Bilirsiniz, 2023-cü il fevralın 6-da tariximizin ən böyük təbii fəlakətlərindən birini yaşadıq. Keçmişdən bu günə bir çox kədərli xatirələrimiz oldu. Ancaq həmin gün 11 əyalətimizdə gördüyümüz fəlakət və dağıntılar hamısından ayrı idi, 12 min 796-sı Maraşda olmaqla 53 min 735 canımızı torpağa tapşırdıq. Rəbbim bizə belə bir faciəni bir daha yaşatmasın. Fürsətdən istifadə edərək, zəlzələdə həyatını itirən bacı-qardaşlarımıza bir daha Allahdan rəhmət, digər bacı-qardaşlarıma səbir diləyirəm.

Şükür olsun, zəlzələnin ilk anından etibarən inancımızı itirmədik. Yaşadığımız imtahan qarşısında bir gün belə ümidsizliyə qapılmadıq. Millətimizlə könül-könülə verdik və sürətlə özümüzü topladıq.

Əlbəttə, əziz qardaşlar, bu çətin dövrdə ölkəmizin köməyinə ilk gələnlərdən biri Can Azərbaycandır. Fəlakət xəbərini alar-almaz "Səninləyəm, Türkiyəm!" deyərək qardaş köməyi başladan, avtomobilinin tavanına varını-yoxunu yığaraq millətimizə kömək etməyə çalışan, duaları, dəstəkləri, səmimi göz yaşları ilə kədərimizi bölüşən Azərbaycan xalqının həmrəyliyini heç vaxt unuda bilmərik və unutmayacağıq. Xüsusilə, İlham qardaşımızın və hörmətli həyat yoldaşı Mehriban xanımın yardım səfərbərliyimizə verdiyi böyük töhfənin könlümüzdə daim ayrı bir yeri var.

“Azərbaycan” məhəlləmiz bizim ən mötəbər layihələrimizdən biridir, qürur tablomuzdur. Zəlzələ nəticəsində dağılan bu məhəllə indi Azərbaycanın dəstəyi ilə yenidən canlanır. İlham qardaşımın da daim nəzarətdə saxladığı bu layihə burada məskunlaşacaq qardaşlarımıza etibarlı, firavan yuva, görənlərin həsəd aparacağı, özünə heyran qoyacağı bir əsər olacaq, inşallah. Təkcə evləri ilə deyil, parkları, bağları, mədəniyyət mərkəzi, Heydər Əliyev adına orta məktəbi ilə bura Türkiyə yüzilliyinin qabaqcıl şəhərlərinə yaraşacaq bir yaşayış sahəsi olaraq dirçəldilir. Hazırda burada ümumilikdə 2778 mənzilin, mağazanın və ofisin inşası sürətlə davam edir. Bu gün artıq layihələrimizin demək olar ki, yarısını başa çatdırdıq. İnşallah, ilin sonuna qədər qalan işlərimizi də başa çatdırıb öz sahiblərinə təhvil verəcəyik.

Burada böyük məmnunluqla demək istəyirəm ki, cənab İlham Əliyevin liderliyi ilə yardım edən bu qardaşlıq əli Maraşın qəlbinə qardaşlıq möhürünü vurub. Burada atılan hər addımda, vurulan hər mismarda, - istər Anadoluda, istər Azərbaycanda olsun, - türkün alın təri, səmimiyyəti və duası vardır. Rəbbim onlardan razı olsun. Fəhləsindən mühəndisinədək əməyi keçən hər bir qardaşıma, azərbaycanlı qardaşlarımızın hamısına təşəkkürlərimi bildirirəm. Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyinə və Mənzil İnşaatı İdarəmizin rəhbərliyinə ayrılıqda şəxsən öz adımdan və millətim adından təbriklərimi çatdırmaq istəyirəm. Məhəlləmizin sakinlərinin yeni evlərində firavanlıqla, cansağlığı və könül xoşluğu ilə gözəl günlərdə şad-xürrəm yaşamalarını arzu edirəm.

Əziz maraşlılar, çox hörmətli qonaqlar, buradakı kimi layihələrlə "Əsrin fəlakəti"ndə dağılan şəhərlərimizə ümid, gələcəyimizə güvən verəcək yeni şərait yaradırıq. Mənzil layihələri ilə yanaşı, sosial təminat sahələri, infrastruktur layihələri ilə yeni yaşayış sahələri qururuq. Tarixi əraziləri öz əslinə uyğun şəkildə yenidən canlandırırıq. Kahramanmaraşda, Qapalı çarşıda qeydiyyatda olan mədəniyyət abidələrimizi təmir edir, tarixi Dəmirçilər çarşısında iş yerləri inşa edirik. Adıyamanda tarixi şəhər meydanımızı, Malatyada Şire bazarını, Kuyumcular, Yüzüncü il və Bakırcılar çarşılarını, Hatayda Uzun çarşını, Habib-i Neccar məscidimizi, yüzlərlə illik Kamal Paşa və Qurtuluş prospektlərini tarixi görkəminə uyğun olaraq dirçəldirik.

Dünyadakı və bölgəmizdəki şərtlər nə olursa-olsun, bizim prioritetimiz bəllidir. Biz hökumət olaraq ən qısa müddətdə "Əsrin fəlakəti"nin şəhərlərimizdə açdığı yaraları sarımaq dərdindəyik. İqtidarımızın heç bir dövründə millətimizə xəyal qırıqlığı yaşatmadıq. Seçki meydanlarında verdiyimiz sözləri, inşallah, burada da yerinə yetirəcəyik.

İnşallah, bu anlayışla zəlzələ bölgəsini nəhəng tikinti meydanına çevirdik. İnanın, heç bir ölkə belə böyük təbii fəlakətin altından bu qədər sürətli şəkildə qalxa bilməz. Fəlakətin ilk günündən indiyədək demək olar ki, bir Avropa ölkəsi böyüklüyündə ərazini inşa etdik. On bir əyalətimizdə qurulan inşaat meydanlarında yüz minlərlə memar, mühəndis və fəhlə qardaşımız gecə-gündüz işlədi. “Əsrin inşa”sı çərçivəsində təhvil verdiyimiz evlərin sayı hər ötən gün artır. Siz də görürsünüz, müxalifət tamamilə özlərinin daxili çəkişmələri ilə məşğul olarkən biz infrastrukturu və yüksəkkeyfiyyətli işlərlə başa çatdırdığımız mənzilləri öz sahiblərinə təhvil veririk. İstismara verdiyimiz mənzil, kənd evi və iş yerinin sayını sentyabrda 100 minə, oktyabrda 130 minə, noyabrda 155 minə, yanvarda 201 minə çatdırdıq. Bu gün bu rəqəmi 250 minə çatdırırıq.

Bir azdan birbaşa bağlantı ilə həyata keçirəcəyimiz püşkatmada Hatayımızda 21 min 114 mənzil və 1125 iş yeri, Malatyamızda 8064 mənzil və 1097 iş yeri, Adıyamanımızda 3554 mənzil və 1723 iş yeri, Qaziantepimizdə 675 mənzil, Diyarbəkirimizdə 2636 mənzil, Adanamızda 490 mənzil, Şanlı Urfamızda 1263 mənzil, Elazığımızda 1429 mənzil, Osmaniyemizdə 1336 mənzil, Kilisimizdə 105 mənzil, Sivasımızda 85 mənzil, Kayserimizdə 49 mənzil, Kahramanmaraşımızda 3567 mənzil və 744 iş yeri olmaqla, ümumilikdə, 49 min 56 mənzil və mağazanı sahiblərinə təhvil verəcəyik. Hədəfimiz 2025-ci ilin sonunadək 453 min mənzil və obyektin inşasını başa çatdırmaqdır.

İndiyədək zəlzələ bölgəmizə 2 trilyon lirədən çox sərmayə yatırdıq. Əsrin fəlakəti tamamilə aradan qalxsın deyə 2025-ci il büdcəmizdə 584 milyard lirə vəsait ayırdıq. İlin sonunda bütün şəhərlərimizi yenidən ayağa qaldırmağı, geridə yarımçıq qalan bir hekayə də buraxmamağı hədəfləyirik. Müxalifət anlamasa da, yaşadığımız proses milli mücadiləyə bərabərdir. Biz Allahın izni ilə bu mübarizəni alın ağlığı ilə aparırıq.

Nə deyirdilər? Hökumət bu dağıntının altından qalxa bilməz. Bu acgözlərə baxmayaraq, əzmlə, səbirlə, qətiyyətlə çalışırıq. Həmişə deyirəm, hər kəsin dənizi üfüqü qədərdir. Hər seçki dövründə böyük-böyük atıb-tutan, indi zəlzələ bölgəsinin yolunu belə xatırlaya bilməyənlərin üfüqü də ancaq sandıqları qədərdir. İşləri bitdikdə, təəssüf ki, millət ağıllarına da gəlmir. Kreslo davasından, gəlir mübarizəsindən başlarını belə qaldıra bilmirlər. Həqiqətən də acınacaqlı haldadırlar.

Qardaşlarım, bizim kompasımız heç vaxt müxalifət olmadı. Biz 23 ildir olduğu kimi, yenə də ancaq işimizə baxırıq. Onlar ümidsizlik yayacaq, biz isə zəlzələdən əziyyət çəkən qardaşlarımızın ümidi, yoldaşı, tale dostu olacağıq. Onlar "Bacarmayacaqsınız" deyəcək, biz şəhərlərimizi hamımız birlikdə daha güclü şəkildə ayağa qaldıracağıq. Onlar mane olacaq, biz ya bir yol tapıb, ya da bir yol açıb maneələrin öhdəsindən gələcəyik. Onlar didişərkən, dava edərkən, boş-boş işlərlə günlərini keçirərkən, biz Kahramanmaraşla birlikdə bütün Türkiyəyə sevgi ilə xidmət edəcəyik. Səksən altı milyon olaraq hamımız birlikdə güclü sabahlara addımlayacağıq.

Ümidvar olmağımız üçün əlimizdə bir çox səbəbimiz var. Baxın, bunun ən gözəl örnəyi Kahramanmaraşın "İstiqlalspor"udur. 6 fevraldan əvvəl həvəskar liqada mübarizə aparan bu idman klubumuz zəlzələdə 14 idmançısını itirib. Futbol Federasiyası tərəfindən üçüncü liqaya alınan klubumuz fəaliyyətinə bir il ara vermişdi. Keçən il futbolda ikinci liqaya, basketbolda birinci liqaya yüksəldi. Onları təbrik edir, uğurlarının davamlı olmasını diləyirəm. Oxşar uğur nümunələrinin zəlzələdən təsirlənən digər əyalətlərimizdə də olduğunu çox yaxşı bilirəm.

Qardaşlarım, sizlərlə Kahramanmaraşın övladı rəhmətlik Abdülrahim Karakoçun Xocalı qətliamından dərhal sonra Qarabağa həsr etdiyi duyğu dolu misralarla sağollaşmaq istəyirəm:

Bəxtinə ağlayan Azəri qızı,
Sən Qarabağ deyirsən, mən Qarayazı.
Boşluqda çırpınır Türkün avazı,
Sanma ki, dərdlərin azı bizdədir,
Sizdəki yaranın özü bizdədir.
 
“Gəl, qardaş” deyirsən, gələcək yol yox,
Şəhidlər qəbrinə qoyacaq gül yox.
Çiləsiz saat yox, davasız il yox.
Güllələr sizdədir, ağrı bizdədir,
Sizdəki yaranın özü bizdədir.
 
Belə gəlib, belə getməz bu oyun,
Zalımları islah etməz bu oyun,
Umduqları kimi bitməz bu oyun.
Məzlumun çörəyi-duzu bizdədir.
Sizdəki yaranın özü bizdədir.
 

Bəli, mərhum şairimiz bundan otuz il əvvəl "Belə gəlib, belə getməz" demişdi. Rəbbim İlham qardaşımın Ali Baş Komandanlığı ilə tam otuzillik işğalın və zülmün ardından Qarabağın azadlığına qovuşduğunu bizlərə göstərdi. Üç həftə əvvəl 28 May - Müstəqillik Günü münasibətilə Laçında idik. Füzuli və Zəngilandan sonra Laçın Beynəlxalq Hava Limanını da İlham qardaşımla birlikdə istifadəyə verdik. İşğaldan azad edildikdən sonra Qarabağın hər tərəfində inkişaf və bərpa işləri sürətlə davam edir. Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması ilə, inşallah, bu işlər daha da sürətlənəcək.

Allah Azərbaycan ilə birliyimizi və diriliyimizi daimi etsin! Bu düşüncələrlə Can Azərbaycanın 15 İyun - Milli Qurtuluş Gününü ən səmimi diləklərimlə bir daha təbrik edirəm. Zəlzələ nəticəsində itirdiyimiz canları bir daha rəhmət və ehtiramla yad edir, İlham Əliyev qardaşımın şəxsində Azərbaycan xalqına həmrəyliyi, dəstəyi və duaları üçün ən səmimi təşəkkürlərimi bildirirəm.

Püşklərini atacağımız yeni mənzil və iş yerlərimizin bir daha xeyirli olmasını diləyir, mənzillərin inşasında əməyi keçən Ətraf Mühit Nazirliyimizi, Mənzil İnşaatı İdarəmizi, Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Birliyimizi, xeyriyyəçilərimizi və bütün qardaşlarımı təbrik edirəm.

Hamınızı bir daha hörmətlə, sevgi ilə salamlayır, Allaha əmanət edirəm. Sağ olun, var olun, salamat qalın!

x x x

Daha sonra prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “Azərbaycan” məhəlləsində inşa olunacaq mədəniyyət mərkəzinin onlayn formatda təməlini qoydular.

Zəlzələdən zərər görmüş bir sıra ailələrə yeni mənzillərin açarları təqdim olundu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan” məhəlləsinin açılışını bildirən rəmzi lenti kəsdilər.

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “Azərbaycan” məhəlləsini gəzdilər, burada inşa edilmiş mənzillərə baxdılar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində inşa edilmiş Heydər Əliyev adına ibtidai məktəbdə və uşaq bağçasında yaradılan şəraitlə tanış oldular.

Azərbaycan və Türkiyənin dövlət başçılarını balacalar böyük sevinclə qarşıladılar.

Sonra prezidentlər məktəbin müəllim və şagirdlərinin ifasında “Çırpınırdı Qara dəniz” mahnısını dinlədilər.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan məktəbin 4-cü sinfini bitirən şagirdlərə qiymət cədvəllərini təqdim etdilər. Dövlət başçıları tərəfindən şagirdlərə, həmçinin məktəbli çantaları hədiyyə olunub.

Üçmərtəbəli müasir məktəb və uşaq bağçası binasında 20 ibtidai sinif otağı, 3 uşaq bağçası otağı var. Burada təhsilə dəstək məqsədilə əlavə otaqlar da uşaqların ixtiyarına verilib. Binada zəruri tədris materialları ilə təchiz olunmuş fənn otaqları, musiqi, rəsm, əmək dərslərinin keçirilməsi üçün otaqlar, texnologiya, riyaziyyat və mühəndislik sahələrində bacarıqların təkmilləşdirilməsi üçün emalatxanalar yaradılıb.

x x x

Qeyd edək ki, 2023-cü ilin fevralında Türkiyənin cənub-şərqində baş verən dəhşətli zəlzələdən dərhal sonra Azərbaycan dövləti və xalqı qardaş ölkənin yanında oldu.

Fəlakətin ilk günlərindən qardaş ölkəyə kömək üçün Prezident İlham Əliyevin tapşırığı ilə bütün imkanlar səfərbər edildi. Axtarış-xilasetmə işlərində iştirak etməklə yanaşı, ölkəmizin həm dövlət qurumlarının, həm də qeyri-hökumət təşkilatlarının səyləri digər istiqamətlərə yönəldildi.

Dövlətimizin başçısının digər bir mühüm tapşırığına əsasən, Azərbaycanın qardaş ölkəyə uzunmüddətli dəstəyi üçün Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin inşasına start verildi.

Tikinti işləri Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirildi. Ərazisi 27,6 hektar olan məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. Həmçinin burada məskunlaşacaq ailələr üçün 1595 ticarət obyekti də yaradılacaq.

2024-cü il sentyabrın 11-də Heydər Əliyev adına ibtidai məktəbin və uşaq bağçasının açılışları olub.

“Azərbaycan” məhəlləsinin Baş planı üzrə 7, 8, 11 və 12-ci kvartalların tikintisi artıq tamamlanıb. 4 kvartalda 26 yaşayış binası yerləşir. Binalar hamısı 4 mərtəbəlidir. Bu binalarda ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib YENİLƏNİB - 7  VİDEO

“Fənərbağça” ingiltərəli futbolçunu transfer edib

Avropa İttifaqı ABŞ Prezidentinin yeni gömrük rüsumlarının tətbiqi ilə bağlı qərarına sərt reaksiya verib

Xaçmazda avtomobil Qudyalçaya düşüb, yaralananlar var

Şəkidə biçilmiş taxıl sahəsində baş verən yanğın söndürülüb

İtalyan mafiya başçısı Kolumbiyada beynəlxalq əməliyyat çərçivəsində yaxalanıb

Türkiyəli politoloq: Cənubi Qafqazda kommunikasiyaların bərpası Türkiyə iqtisadiyyatı üçün stimul olacaq

Türkiyənin iki tarixi abidəsi UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib

Şəhid polkovnik-leytenant Raquf Orucovun xatirəsinə cüdo turniri keçirilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“Trabzonspor” qapıçısı ilə vidalaşıb

Zaqatalada 2 yaşlı uşaq çaya düşərək boğulub VİDEO

Zaqatalada 2 yaşlı uşaq çaya düşərək boğulub VİDEO

MEDİA: Bir sıra sosial şəbəkələrdə Azərbaycanın müdafiə və xarici işlər nazirlərinin adlarından yayılan xəbərlər feykdir

Premyer Liqaya yüksələn klub braziliyalı futbolçusunu saxlayıb

UNESCO Bavariya Kralı II Ludviqin məşhur Noyşvanştayn və daha üç sarayını Dünya Mədəni İrs Siyahısına daxil edib

Deputat: Dövlətimiz regionun tezliklə sülh və əməkdaşlıq məkanına çevrilməsinin tərəfdarıdır

Azərbaycanın Suriya ilə enerji əməkdaşlığı qurması regional sabitliyə və iqtisadi inkişafa xidmət edəcək ŞƏRH

Mirvohid Azimov: İttifaqın yaradılması türk dövlətləri arasında turizm sahəsində əməkdaşlığın gücləndirilməsi baxımından mühüm hadisədir VİDEO

Mirvohid Azimov: İttifaqın yaradılması türk dövlətləri arasında turizm sahəsində əməkdaşlığın gücləndirilməsi baxımından mühüm hadisədir VİDEO

İrlandiyalı səyyah: Minatəmizləmə prosesini müşahidə etdik, Azərbaycanın bu sahədə səyləri valehedicidir VİDEO

İrlandiyalı səyyah: Minatəmizləmə prosesini müşahidə etdik, Azərbaycanın bu sahədə səyləri valehedicidir VİDEO

Hindistanda polis mağarada rus qadını və onun 2 qızını tapıb

Filippinli səyyah: Azərbaycan hökumətinin həyata keçirdiyi irimiqyaslı işlərin şahidi oldum VİDEO

Filippinli səyyah: Azərbaycan hökumətinin həyata keçirdiyi irimiqyaslı işlərin şahidi oldum VİDEO

Bu gün Bakının 549 küçəsi yuyulub

Suriyanın keçid dövrü Prezidentinin Azərbaycana səfəri başa çatıb

Beynəlxalq Oxatma Federasiyasının prezidenti ilə görüş keçirilib

Azərbaycanla Suriya arasındakı münasibətlərin bərpası hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edir - ŞƏRH

ABŞ yenidən müharibənin tərəfinə çevrilir

Suriyanın keçid dövrü Prezidenti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Baş nazir Əli Əsədov Ukraynanın energetika naziri ilə görüşüb

Tramp Aİ-yə və Meksikaya 30 faiz tarif tətbiq olunacağını açıqlayıb

Azərbaycan Əbu-Dabidən dünyaya sülh mesajı verdi

Tovuz döyüşlərinin beşinci ildönümündə sərhəd kəndindən REPORTAJ VİDEO

Tovuz döyüşlərinin beşinci ildönümündə sərhəd kəndindən REPORTAJ VİDEO

“Tufandağ” Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqına üzv olub VİDEO

“Tufandağ” Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqına üzv olub VİDEO

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana səfəri tarixi əhəmiyyət daşıyır - ekspert

Rəsmi Bakının siyasi iradəsi ilə Əbu-Dabidə keçirilən görüş sülhə doğru atılmış mühüm addımdır – ŞƏRH

Əbu-Dabidə mühüm görüş: Azərbaycan-Ermənistan sülh prosesi yeni mərhələyə keçir

Azərbaycanlı doktorant Çində yay məktəbində yeganə əcnəbi kimi iştirak edib

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının ilk sammiti Şahdağ Turizm Mərkəzində təşkil olunub YENİLƏNİB  VİDEO

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının ilk sammiti Şahdağ Turizm Mərkəzində təşkil olunub YENİLƏNİB VİDEO

"Kəpəz" müdafiəçisi ilə müqavilənin müddətini uzadıb

“E-sosial” mobil tətbiqi vasitəsilə e-qaydada artıq 49 min əmək müqaviləsi imzalanıb

Avstraliyada 12 gündür itkin düşən alman turist sağ tapılıb

Əbu-Dabi görüşünün ikitərəfli formatda keçirilməsi Azərbaycanın prinsipial mövqeyinin təzahürüdür – RƏY

ABŞ Suriyanın hər hansı şəkildə bölünməsinə və ya federallaşmasına qarşıdır

Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub YENİLƏNİB  VİDEO

Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Bakıda Azərbaycan-Ukrayna hökumətlərarası komissiyanın iclası keçirilib

Media: Pxenyan ilə Pekin arasında sərnişin qatarlarının fəaliyyəti bərpa olunur

Azərbaycanlı səyyah: bu günədək işğaldan azad olunan ərazilərə 500-dən çox beynəlxalq səyyah səfər edib VİDEO

Azərbaycanlı səyyah: bu günədək işğaldan azad olunan ərazilərə 500-dən çox beynəlxalq səyyah səfər edib VİDEO

Ərdoğanın yeni uğuru: PKK terrorçuları tərk-silah yolunda - TƏHLİL

Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Fəxri xiyabanı ziyarət edib

SOCAR ilə Suriya Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb

Reyn çayında suyun temperaturu 2100-cü ilədək 4,2 dərəcəyə qədər arta bilər

“Məhəmməd Füzuli. Biblioqrafiya” və “Məhəmməd Füzuli. Həyatı və yaradıcılığı” kitablarının təqdimat olub

Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb

Milli Kitabxanada “Tovuz döyüşləri – Zəfərə gedən yol” adlı kitab sərgisi açılıb

Türkiyədə meşə yanğını səbəbindən iki məhəllə boşaldılıb

Atlantik okeanında nanoplastiklərin yüksək konsentrasiyası aşkarlanıb

“Bayer Leverkusen” klubu ABŞ millisinin üzvünü rekord məbləğə transfer edib

Rəcəb Tayyib Ərdoğan: Türkiyə 47 illik terror problemindən qurtulur

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycana işgüzar səfərə gəlib

Pekində qlobal sivilizasiyalar dialoqu üzrə nazirlər toplantısı keçirilib

“Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi"nin UNESCO-nun ilkin siyahısına salınması mühüm addımdır

Dünya səyyahları Cəbrayılda mina zərərsizləşdirilməsi prosesini izləyiblər YENİLƏNİB  VİDEO

Dünya səyyahları Cəbrayılda mina zərərsizləşdirilməsi prosesini izləyiblər YENİLƏNİB VİDEO

Sabah havanın temperaturu 41 dərəcəyədək artacaq

FHN isti və quru hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Media: Rusiya xarici işlər nazirinin KXDR-ə səfəri başlayıb

Dünya Seriyası: Azərbaycan basketbol millisi Sinqapur yığmasına qalib gəlib

Şanxay Əməkdaşlıq Təşkilatı xarici işlər nazirləri Tiencində toplaşacaq

Dehlidə yaşayış binası çöküb: ölənlər və itkin düşənlər var

Avropa birinciliyi: Azərbaycanın 5 boksçusu yarımfinala yüksəlib

Gecikdirilmiş 160 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

Hindistanda körpünün çökməsi nəticəsində ölənlərin sayı 20-yə çatıb

FHN-in Şimal Regional Mərkəzi nümunəvi obyekt mülki müdafiə məşqi təşkil edib

Rusiya ordusu Ukraynanın Çernovtsı vilayətinə PUA və raket hücumu edib

Əbu-Dabi görüşünün uğurları Azərbaycan Liderinin qətiyyətinin nəticəsidir - ŞƏRH

Sumqayıtda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Paytaxt küçələri yenidən yuyulub

Azərbaycan Ordusunda müxtəlif xarici dillər üzrə təşkil olunmuş kursların buraxılış mərasimi keçirilib

Azərbaycan və Gürcüstan arasında nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Narkotik vasitələr əkib-becərən Qəbələ sakini saxlanılıb VİDEO

Narkotik vasitələr əkib-becərən Qəbələ sakini saxlanılıb VİDEO

Şəki sakinini elektrik cərəyanı vuraraq öldürüb

DİN: ⁠Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Bakıda "Yeddi Gözəl” İpək Kəlağayı Kolleksiyasının təqdimatı olub

Hər foto bir dövrün izini qoyur - Ümumdünya Fotoqraflar Günündə peşəkar fotoqrafla SÖHBƏT

Beyləqanda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 9 nəfər saxlanılıb

ABŞ məhkəməsi Prezidentin doğum hüququ əsasında vətəndaşlığı qadağan edən fərmanını bloklayıb

Səbrin sonuncu damlası - Tovuz döyüşləri

Danimarkada qadınlar məcburi hərbi xidmətə cəlb ediləcək

İsmayıllıda zəlzələ olub

İyulun 12-si Ümumdünya Fotoqraflar Günüdür

Avstriya telekanalı Çexiya bazarlarını “silah həvəskarları üçün cənnət” kimi xarakterizə edib

Ağ ev federal səviyyədə kütləvi ixtisar planlarını nəzərdən keçirir

Çində satılan hər 100 avtomobildən 44-ü elektromobildir

Avropada anomal istilər onlarla insanın həyatına son qoyub

Gürcüstanda yaşayan soydaşlarımıza bədii kitablar verilib

Van İ: ABŞ Çinə bərabər, hörmətli və qarşılıqlı faydalı şəkildə davranmalıdır

Deputatların təşəbbüsü ilə vəkillər daha 5 rayonda vətəndaşlara hüquqi yardım göstəriblər

Almaniyada sərnişin avtobusu aşıb, altı nəfər xəsarət alıb

"Azərişıq" ASC-nin keçirdiyi müsabiqənin nəticələri açıqlanıb

Azərbaycan Respublikası və vətəndaşları 40 gündə 6 seçkidə qalib gəlib

"Beşiktaş" Orkun Kökçü üçün "Benfika" ilə danışıqlara başlayıb

"Atletiko"nun sabiq futbolçusu "Turan Tovuz"a keçib

"Qarabağ" növbəti transferini həyata keçirib