Türkiyənin Konya vilayətində 5,2 bal gücündə zəlzələ olub
Ankara, 15 may, AZƏRTAC
Cümə axşamı, mayın 15-də Türkiyənin Konya vilayətində 5,2 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC Türkiyə hökuməti yanında Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla xəbər verir ki, yerli vaxtla saat 15:46-da qeydə alınan yeraltı təkanların episentri Qulu rayonu ərazisində olub. Zəlzələnin ocağı 18,73 kilometr dərinlikdə yerləşib.
Zəlzələ qonşu vilayətlərdə, həmçinin Ankarada da hiss olunub.
Dağıntı və zərər barədə məlumat verilmir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:07]
Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib
- 01.10.2026 [20:35]
Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək
- 01.10.2026 [20:15]