Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyənin Milli Müdafiə Universitetində “Dağlıq Qarabağ problemi” və “Xocalı soyqırımı” mövzularında təqdimatlar keçirilib

Bakı, 1 mart, AZƏRTAC 

“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Baş Qərargahı arasında 10-cu Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq iclasının Protokolu”na əsasən İstanbulda, Türkiyənin Milli Müdafiə Universitetində “Dağlıq Qarabağ problemi” və “Xocalı soyqırımı” mövzularında təqdimatlar keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin zabiti, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani tədbirdə çıxış edərək hər iki mövzuda iştirakçılara ətraflı məlumat verib.

Türk dilində təqdimat slaydlarından və əyani vasitələrdən geniş şəkildə istifadə edilməsi təqdimatçı və auditoriya arasında fikir mübadiləsinin daha səmərəli keçməsinə səbəb olub.

Polkovnik Abdulla Qurbani Qarabağın tarixi, ermənilərin Azərbaycanın müxtəlif bölgələrinə, eləcə də Qarabağın dağlıq hissəsinə köçürülməsinin səbəbləri, regionun zəngin təbii sərvətləri üzərində nəzarəti ələ keçirmək, onu itaətdə saxlamaq, öz mövqelərini möhkəmləndirmək istəyən çar Rusiyasının XVIII əsrin sonlarından başlayaraq Türkiyəyə və İrana qarşı müharibə apararkən “erməni amili”ndən siyasi alət kimi istifadə etməsi, “böyük Ermənistan” dövlətinin yaradılması üçün ermənilərə maddi və mənəvi dəstək verməsi barədə söz açıb. Onun 200 ildən çox müddətdə erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin mərhələləri, havadarlarına arxalanan erməni-şovinist qüvvələrinin, “Armenakan”, “Qnçaq”, “Daşnaksütyün” partiyalarının təhriki ilə törədilən qətliamlar, soyqırımlar, Türkiyənin və Azərbaycanın görkəmli şəxsiyyətlərinə qarşı terrorlar, o cümlədən XX əsrin ən qanlı faciələrindən olan Xocalı soyqırımının səbəbləri, nəticələri və dünyada tanıdılması istiqamətində görülən beynəlxalq əhəmiyyətli tədbirlər barədə təqdimatı 17 ölkəni təmsil edən yüksəkrütbəli zabitlər, generallar və professor-müəllimlər tərəfindən həyəcanla dinlənilib, onlarda təcavüzkara qarşı kəskin nifrət hissləri oyadıb.

Mərasim iştirakçıları Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın dünya tərəfindən tanınmış ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində bundan sonra da Azərbaycan xalqının yanında olacaqlarını bildiriblər. Çıxışlarda insanlıq əleyhinə yönəldilmiş Xocalı soyqırımı kimi son dərəcə ağır hərbi cinayətin beynəlxalq miqyasda hüquqi-siyasi qiymətini tezliklə alacağına əminlik ifadə olunub.

Milli Müdafiə Universiteti rektorunun müavini, general-mayor Celalettin Bacanlı polkovnik Abdulla Qurbanini 15 ildən çox müddətdə tanıdığını vurğulayaraq, onun yaradıcılığına yaxından bələd olduğunu, Vətən qarşısındakı xidmətlərini və bugünkü tarixi faktlara əsaslanan geniş və əhatəli çıxışını yüksək dəyərləndirərək minnətdarlığını bildirib. C.Bacanlı nəzərə çatdırıb ki, A.Qurbani hələ 2005-ci ildə nəşr olunmuş “Qar bəbirləri” kitabında onun xidmətləri barədə də kifayət qədər məlumat verib, Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş şeirlərini oxuculara təqdim edib.

Mərasimin sonunda Milli Müdafiə Universitetinin rektoru, Osmanlı tarixinin görkəmli tədqiqatçısı, əsərləri dünyanın bir çox xalqlarının dillərinə tərcümə edilmiş professor-doktor Erhan Afyoncu çıxış edərək təqdimatların yüksək səviyyədə təşkilində göstərdiyi köməyə görə Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənova və təqdimatçı zabitə rəhbərlik etdiyi universitetin kollektivi adından minnətdarlıq edib. O, polkovnik Abdulla Qurbanini təşəkkürnamə və qiymətli hədiyyə ilə mükafatlandırıb.

Professor-doktor E.Afyoncu müəllifi olduğu “Osmanlı tarixi” adlı kitaba avtoqraf yazaraq onu Azərbaycanın müdafiə nazirinə çatdırmağı xahiş edib.

Milli Müdafiə Universiteti və səfər təəssüratlarını bölüşən A.Qurbani deyib: “Qardaş Türkiyədə dəfələrlə olmuşam. Bakı Bələdiyyə Teatrının yaradıcı heyəti müəllifi olduğum “Türk Sancağı” adlı tarixi dram əsasında hazırladığı tamaşanı İğdır, Qars, Ərzurum, Yozqat və Ankara şəhərlərində nümayiş etdirərkən mən də həmin tamaşalardan əvvəl türk qardaşlarımızın qarşısında çıxışlar etmişəm. Ötən il Ankarada şəhidlərin anım mərasimlərində Türkiyənin bütün bölgələrini təmsil edən şəhid ailələri ilə görüşüb, ayrı-ayrı tədbirlərə qatılmışam. Ancaq budəfəki mərasim daha məsuliyyətli, ciddi, qürurverici idi. Əvvəla, təqdimat nüfuzlu bir məkanda - dünyanın bir çox ölkələrinin yüksəkrütbəli zabitlərinin təhsil aldıqları Türkiyə Respublikasının Milli Müdafiə Universitetində keçirilirdi. Bu universitet üç il əvvəl Milli Müdafiə Nazirliyinə bağlı olaraq yaradılan dünyanın ən böyük ali hərbi təhsil qurumudur. 2016-cı ilə qədər Türkiyədə mövcud olan hərbi məktəblər - Quru, Dəniz, Hərbi Hava məktəbləri, gizir və zabitlərin təhsil aldıqları ali hərbi məktəblər, həmçinin tam hərbi təhsil verən hərbi akademiyalar Milli Müdafiə Universitetinin tərkibinə daxil edilib və öz nizamnamələri əsasında fəaliyyət göstərirlər. Belə bir xüsusi təyinatlı təhsil ocağı kompleksində fəaliyyət göstərən Türkiyə Respublikası Baş Qərargahının Hərbi Oyunlar və Mədəniyyət Mərkəzinin Atatürk salonunda Dağlıq Qarabağ problemi və Xocalı soyqırımı mövzularında təqdimatlar aparmaq üçün mənə göstərdikləri etimada görə Azərbaycan və Türkiyə Müdafiə nazirliklərinin rəhbərlərinə dərin minnətdarlığımı bildirirəm. Bu təqdimatlar Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılmasında mühüm əhəmiyyət kəsb edir. Belə tədbirlərin bundan sonra da davam etdirilməsi məqsədəuyğundur”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib