Türkiyənin Səhiyyə naziri: Partlayışın baş verdiyi fabrikdən indiyədək iki nəfərin cəsədi çıxarılıb
İstanbul, 3 iyul, AZƏRTAC
Hendek rayonunda partlayışın baş verdiyi fabrikdən indiyədək iki nəfərin cəsədi çıxarılıb, 73 yaralı var. Yaralılar ətrafdakı xəstəxanalara yerləşdirilirlər.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fahrettin Koca ölkədə pirotexniki vasitələrin istehsal olunduğu ən böyük fabrikdə baş verən partlayışla bağlı açıqlamasında deyib.
Qeyd edilib ki, əraziyə 85 ambulans, 2 helikopter, axtarış-xilasetmə briqadaları və yanğınsöndürənlər cəlb olunub.
Partlayış baş verən zaman müəssisədə 150-200 işçi olub. Bölgədə yaşayan əhaliyə evdən çıxmamaları ilə bağlı xəbərdarlıq edilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]
Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
- 07.10.2026 [12:00]
Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır
- 07.10.2026 [11:56]